Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda səhər saatlarında dəhşət: Ölən və yaralılar var

CƏMİYYƏT

1740

18.05.2021, 09:19

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib.

Qəza zamanı daha 3 nəfər - Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

08:08
Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.