Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53783
az

Üzücü xəbər: Arif Quliyev vəfat etdi

03:3407 May, 2021
7789
CƏMİYYƏT
  • A
Azərbaycanın Xalq artisti Arif Quliyev dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu. Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. Arif Quliyevin “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb. Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü. Allah rəhmət eləsin! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir qərar imzaladı, iki nazirliyə TAPŞIRIQ VERDİ
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi