Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53253
az

SON DƏQIQƏ: DIN əhaliyə müraciət etdi: Hər kəs oxusun!-3 GÜN SONRA…

10:1528 Aprel, 2021
5979
CƏMİYYƏT
  • A
Azərbaycanda günəşli havaların gəlməsi ilə avtomobillərin şüşələrində istifadə olunan pərdə və plyonkaların istifadəsi yenidən gündəmə gəlib. Oxu24.com xəbər verir ki, ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib. R. Zeynalovun qərarında göstərilirdi ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaq. Artıq 3 gündən sonra növbəti mövsüm başlayır. Lakin bu müddət ərzində qanunvericiliyə bununla bağlı hər hansı bir dəyişiklik edilmədi. Bəs bu il yol polisi bu məsələdə necə davranacaq? DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək: “Burada söhbət “plyonka”dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək “plyonka” yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb”. K. Əliyev “Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?” sualına “Görülə bilər” deyə cavab verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
SON DƏQİQƏ! General-mayor bu vəzifəyə təyin edildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub