Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53142
az

Nazirlər Kabineti bu müəssisələrdə çalışan məcburi köçkünlərlə bağlı qərarında dəyişiklik edib

18:3526 Aprel, 2021
463
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında müvafiq normativ aktlarında dəyişikliklər edib.

Oxu24.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib. Belə ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara verilən izahda bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına əsasən aidiyyəti orqanlarla razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib.

Ləğv edilən Qeyddə bu müddəalar öz əksini tapmışdı: “Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır.”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gəncədə məktəbli bıçaqlanıb