Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52628
az

Allahı qəzəbləndirən işlərdən uzaq dur - Ramazanın 2-ci gününün duası

00:1715 Aprel, 2021
5043
CƏMİYYƏT
  • A

"Allahın razılığı olan işlərə can at, onu qəzəbləndirən məkanlardan və işlərdən uzaq dur."

Oxu24.com xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə müqəddəs Ramazan ayının ikinci günüdür. Bu gün üçün nəql edilmiş və oxunması tövsiyə edilmiş duada hər bir bəndədən böyük Allahın razılığını əldə etmək tələb olunur.

Allahın öz bəndəsindən razı olması məsələsi Qurani-kərimdə ən böyük nemət kimi yad edilir. Elə Həzrət Məhəmməd (s) peyğəmbərdən də nəql edilmiş hədislərin birində “Əgər cənnətə getmək istəyirsənsə, Allahın razılığına səbəb olan işlərlə məşğul ol və Allahı qəzəbləndirən işlərdən uzaq dur” deyilir.

Ramazanın ikinci gününün duası belədir:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.”

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur-anı) oxumaqda mənə müvəffəqiyyət əta et. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı "İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi"dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı