Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5251
az

Aprel şəhidlərimizin övladları məktəbə gedir - FOTO

12:4315 Sentyabr, 2018
1722
CƏMİYYƏT
  • A
 
2016-cı ilin aprel ayında təmas xəttində gedən döyüşlərdə canlarından keçən şəhidlərin bir neçəsinin övladları bu il məktəbə ilk qədəmlərini qoyacaq.

Şəhid kiçik gizir Seymur Baxışovun yeganə yadigarı, oğlu Amin də builki birincilər arasındadır. Övladı Xətai Rayon Zəkalar Liseyində təhsil alacaq S.Baxışovun xanımı Aynur Baxışova Trend-ə deyib:

“Bir müddət əvvəl Amin birinci sinfə getmək üçün imtahan verdi. O, heç bir problem yaşamadan imtahandan keçdi”.

A.Baxışova övladının tez-tez atasını yadına saldığını da vurğulayıb:

“Baş verənlərin hamısı Aminin yadındadır, o, tez-tez olanları yada salır, atasını soruşur. Amini məktəbə yola salmaq üçün bütün yaxın qohumlar gələcək, amma onların heç biri Aminə atasının yerini verə bilməz”.

Aprel döyüşlərinin daha bir şəhidi, kapitan Mühid Orucovun əkiz övladları Anar və Vüqar isə bu il ikinci sinfə gedəcək. Mühidin həyat yoldaşı Qumru xanım Trend-ə övladlarının Sumqayıtda yerləşən Nizami Gəncəvi adına liseydə təhsil adıqlarını bildirib:

   
“Anar və Vüqarın hazırda 7 yaşı var. Onlar bu il ikinci sinfə gedəcək, hər ikisi ağıllı uşaqlardır, təhsillə bağlı heç bir çətinlikləri yoxdur. Mühidin yaxınları və qohumları tez-tez onların təhsili ilə maraqlanır. Sağ olsunlar, heç vaxt unutmurlar”.

Qeyd edək ki, kapitan Mühid Orucov və kiçik gizir Seymur Baxışov 2016-cı il aprelin 2-də baş verən döyüşlər zamanı şəhid olublar. M.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə, kiçik gizir S.Baxışov isə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu