Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52044
az

Niyə Həzrət Muhəmmədin ən böyük möcüzəsi Quran sayılır?

23:3403 Aprel, 2021
2665
CƏMİYYƏT
  • A

Peyğəmbərlərin möcüzələri adətən zamana və şəraitə uyğun olurdu. Məsələn, Həzrət Musanın (ə) zamanında sehrbazlıq geniş yayıldığı üçün, Allah sehrbazları ifşa edən möcüzəni (ilana dönən çəliyi) Ona bəxş etdi. İsa Peyğəmbərin (ə) dövründə tibb elmi inkişaf mərhələsini yaşayırdı. Ona görə də, Həzrət Isa (ə) bütün təbibləri heyrətə salan və aciz edən möcüzələr göstərirdi (sağalmaz xəstəliklərə şəfa verir, ölüləri dirildirdi).

Oxu24.com islam.az-a istinadən bildirir ki, Qurani-Kərimin nazil olduğu əsrdə isə ərəblər arasında şeir, bəlağətli söz söyləmək bacarığı yüksək qiymətləndirilirdi. Quran öz ecazı ilə cahiliyyə dövrünün qüdrətli şairlərinə meydan oxudu. Allah-Taala Həzrət Mühəmməd Peyğəmbəri (s) məhz Quran kimi ecazkar bir kitabla göndərdi ki, ərəblər bu kitabın bəşər kəlamından üstünlüyünü və həqiqətən, ilahi vəhy olduğunu anlayıb qəbul etsinlər.

Həzrət Muhəmməd Peyğəmbərin (s) möcüzələri çox olsa da, ən məşhuru təkrarolunmaz və əsrarəngiz Qurani-Kərimdir. 14 əsrdir ki, bu kitab dil səlisliyi, məntiqə uyğunluğu, bütün elmi kəşfləri qabaqlaması ilə dünyanı heyrətə gətirir. Böyük ədəbiyyatçılar, şair və alimlər Quran qarşısında öz heyranlıqlarını gizlətmirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
Bu şəxslər hər gün yumurta yeməlidir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi