Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51590
az

Evdə müalicə öldürə bilər! - Həkimdən XƏBƏRDARLIQ

22:2429 Mart, 2021
1330
CƏMİYYƏT
  • A

"Son günlər ev şəraitində müayinə etdiyim COVID-19 xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli, 15 gün modul tipli xəstəxanada işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar".

Publika.az xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə qeyd edib.

V.Cavadzadə bildirib ki, modul tipli xəstəxanalarda çalışan tibb bacıları xəstələri COVID-19-a görə evdə müalicə edirlər: "Xəstələrə deyirlər ki, biz modul xəstəxanasında hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlarsa, biz onların hamısını bilirik. Deyirlər ki, biz ağır olanları dirildirik, sizdə nə var ki? Xəstələr də inanır, canlarını tibb bacılarına etibar edirlər. Müayinə etdiyim xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür. Tibb bacıları isə deyirlər ki, "narahat olmayın, COVID-19-da bu cür olur".

 

İnfeksionistin sözlərinə görə, ehtiyac olmadığı halda, xəstələrin vena daxilinə infuziyalar yeridilir: "El dilində desək, venaya sistemlər vurulur. Deyirlər ki, mənə sistem vur, bədənim yuyulsun. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxslərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar. Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar - kalsium qlükonat, "Essensiale", "Riboxin", "Aktovegin"dir. Bu dərmanları yəqin orada həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.

COVID-19-da laxtalanma artdığı halda, xəstələrə kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin, "o dünyaya daha tez getsin". Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə "Essensiale" vurulur? O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da "Aktovegin". Elmi cəhətdən sübuta yetirilib ki, bu dərmanın heç bir effekti yoxdur".

Həkim əlavə edib ki, digər bir məsələ isə müalicəyə apteklərin müdaxilə etməsidir: "İnsanlar aptekə gedərək, "evdə koronavirusa yoluxan xəstəmiz var, hansı dərmanlar lazımdırsa, verin" deyirlər. Aptek işşisi də bahalı dərmanlardan iki çanta yığır, deyir, vurun, düzələcək. Xəstə yaxını da sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur.

O zaman yadına düşür ki, həkimə müraciət etmək lazımdır. Həkim görür ki, xəstənin saturasiyası düşüb, artıq ağırlaşıb və xəstəxanaya getməlidir. Xəstə o vaxt xəstəxanaya gedir ki, artıq iş-işdən keçir. Sora da xəstənin yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni demək olar ki, evdə öldürüb gətiriblər. Amma heç kəs dilə gətirmir ki, xəstəni əvvəl evdə tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var?!"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
SON DƏQİQƏ! General-mayor bu vəzifəyə təyin edildi
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub