Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51492
az

“Ağdamda dağılan evimi nə dövlət, nə də mən tikməli deyiləm, Ermənistan zərəri ödəməlidir...”

19:4728 Mart, 2021
694
  • A

Əməkdar jurnalist, "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin Moderator.az-a  Ağdamla bağlı müsahibəni təqdim edir.
 
Qeyd edək ki, Q.Ağsəs 1969-cu il aprelin 20-də Ağdamda anadan olub. 
 
- Qulu müəllim, bu gün Ağdam rayonu ermənilər tərəfindən xarabalığa çevrilən rayon kimi dağa çox gündəmə gətirilir. Sizcə, bunun səbəbi nədir?
 
- Əlbəttə, ilk növbədə Ağdam Qarabağın rəsmi və qeyri-rəsmi mədəniyyət mərkəzi olub. Mədəniyyət mərkəzi deyəndə bura bir çox amillər aiddir. Bura orda olan ziyalı potensialı aiddir. Ağdamda yaşayan, işləyən "Bala Mark” təxəllüslü Zeynal Məmmədov çox işlər görüb. Xudu Məmmədov onu Bəxtiyar müəllimlə tanış edəndə Bəxtiyar müəllim onun mütaliəsindən, dünyagörüşündən təəccüblənmişdi. Füzulidən gətirdiyi açıqlamalarına öz heyrətini gizlətməmişdi. Rəhmətlik Xalq şairi Zəlimxan Yaqub deyirdi ki, ilk dəfə saz pulu adıyla cibimə yaxşı pul qoyan və məni gələcəyə ruhlandıran məhz Z.Məmmədov olub. Ağdamda çoxsaylı mədəniyyət tədbirləri keçirilirdi və onlardan birində də mən iştirak etmişəm. Həmin tədbir 1986-cı ildə olub və AzTV-nin "Ağdam günləri” verilişi də çəkilib. Onda ilk dəfə böyük şair Musa Yaqubu görmüşdüm. Gedib "İki qəlbin işığı” adlı kitabının hamısını alıb imzalatmışdım. Ağdamda çox böyük bir teatr, stadion var idi. Yerlə-yeksan olmuş Qarabağ xanlarının uyuduğu imarət deyilən yer həm Qarabağ klubunun stadionu idi. Bütün bu tədbirlər həmin o imarətdə keçirilirdi”.  
 
- Deyilənə görə Ağdam həm də bir ticarət rayonu olub...
 
-Əlbəttə, Ağdamın əhalisi Qarabağda bütün rayonların əhalisindən çox idi. Onda 160 min, indi isə əhalisi 208 mindən çoxdur. Ərazisi də böyük idi, amma əhalisinin sayına görə birinci yerdə idi. Ağdam leqal və qeyri-leqal şəkildə inkişaf etmişdi. Yəni istənilən regiondan gəlib orda istədiyin malı tapmaq mümkün idi. Yəni bir çox tanınmış müğənnilər kostyum, papaq və digər geyimlərini gəlib Ağdamdan alırdılar. Ağdam varlı, imkanlı rayon olduğuna görə demək olar ki, hamının yolu ordan keçirdi. Bütün rayonlarımızdan ora bazarlığa gəlirdilər.
 
- Bəs düşmənin Ağdamdan bu cür qisas almasının səbəbi nə idi?
 
- Yəqin ki, Sarkisyan və Köçəryanın açıqlamalarında buna rast gəlmisiniz. Onlar Ağdamın dağıtmaqlarını, xaraba qoymalarını gizlətmədilər. Deyirdilər ki, biz Ağdamdan qisas alacağımız günü gözləyirdik və o gün də yetişdi. Çünki Dağlıq Qarabağ münaqişəsi başlayanda qərargah Ağdam rayonunda yerləşirdi. Ağdamda milli orduyla yanaşı, Azərbaycanın dörd bir tərəfindən gəlib könüllülər batalyonuna qoşulan çox qeyrətli oğullarımız var idi. Onlar təkcə, Azərbaycanın hər tərəfindən Ağdama gəlməmişdilər, o cümlədən Ermənistandan, Rusiyadan, Çeçenistandan, Əfqanıstandan, Pakistandan Azərbaycana pənah gətirmiş soydaşlarımız var idi. Onlar gəlib Ağdamda ermənilərə qarşı döyüşmüşdülər. Ona görə Ağdam 6 minə yaxın şəhid verdi. Milli Qəhrəmanları bütün rayonlardan çoxdur. Bu da təbiidir, çünki Fred Asif, General Ərşad, Şirin Mirzəyev, Allahverdi Bağırov və sair döyüşçülərimiz var idi. Onların hər biri qəhrəman idi. Fazil Mehdiyev də Milli Qəhrəmandır və bizim kəndçidir. Şəhidlərimiz də, əlillərimiz də çoxdur. Ağdam demək olar ki, Xocavəndi, Xocalını Kərkicahanı, Şuşanı, Daşaltını həm də silahla təchiz edirdi. Bu silahlar isə imkanlı ağdamlıların puluyla alınırdı. Uzundərədə SSRİ-nin böyük bir hərbi hissəsi var idi və o silahlarla neçə il istəsən, müharibə etmək olardı. Ora ruslar nəzarət edirdi, amma onlarlardan silahları zor və xoş ağdamlılar alırdı. Bu silahla da təkcə Ağdamı yox, Dağlıq Qarabağın ətrafında olan əliyalın camaatı təchiz edirdilər. Bu səbəbdən də ermənilərdə Ağdama qarşı xüsusi nifrət, kin var idi. Buna görə də onlar Qarabağ müharibəsində Ağdamı 40 gündən çox mühasirədə saxladılar. O vaxtkı Milli Ordunun qeyrətlioğulları düşmən qarşısında duruş gətirə bilmədilər. 
 
- Bunun səbəbi nə idi, yenəmi satqınçılıq olmuşdu?
 
-Onda məlum oldu ki, Ağdamın müdafiəsinə məsul olan şəxslər o müdafiəni təşkil etməmişdilər. Ona görə də az qala hər küçədə yox, hər evdə şəhid var idi. Ən böyük amansızlığı məhz Ağdama qarşı etdilər. Bu bir faktdır. Biz bir neçə il qabaq internet vasitəsilə Ağdamın Abdal-Gülablı kəndini izləyə bilirdik. Onda görürdük ki, evlər dağıdılıb, amma 2020-ci ildə Ağdam işğal azad ediləndən sonra məlum oldu ki, ümumiyyətlə, orda heç nə saxlamayıblar. Bu da ermənilərin Ağdama olan xüsusi münasibətidir, nifrətidir. Çünki Ağdam onlara ömür boyu dağ çəkib. Həmişə dığalar gəlib Ağdamdan keçəndə oğlan uşaqları qorxularından avtobusun döşəməsində oturublar. Heç biri cəsarət edib başını pəncərədən çıxara bilməmişdi.
 
- Rayonda daha hansı təhsil ocaqları var idi?
 
- Ağdamda böyük musiqi texnikumu var idi və burda təkcə ağdamlılar oxumurdu, Azərbaycanın Xalq artisləri, Əməkdar artistləri məlum olur ki, bu texnikumun tələbələri olub.  Ağdamda "Qarabağın bülbülləri” adında böyük bir heyət var idi, onlar Moskvada Kremldə çıxışlar edirdi və alqışlarla qarşılanırdı. Bununla yanaşı, Ağdamda bir neçə texnikum da var idi. Məsələn, onlardan Kənd Təsərrüfatı Texnikumu, Mexanizasiya deyilən texnikum, peşə məktəbləri var idi. Bundan əlavə zavov və fabriklər də var idi. Ağdam Qarabağın həm yaxşı vaxtlarının simvolu idi, həm də çox təəssüflər olsun ki, sonradan viranələyinin, xarabalığının simvoluna çevrildi. Ermənilər hətta şəhərin kanalizasiya, işıq və su xətlərini də aparıblar. Ağdamın əvvəlki görünüşü ilə indiki görünüşündə heç bir oxşarlıq tapa bilmirlərəm. Görün biz nəyi qoyub gəlmişik və indi nəyi görürük.

 - Dövlətimiz həmin rayonları, həmçinin Ağdamı yenidən quracaq... 
 
- Əlbəttə, inanıram ki, yaxın 4-5 il ərzində Ağdam yenidən qurulacaq. Ağdam və Qarabağ uğrunda döyüşən oğlanların hər birinə orda ev arzulayıram. Çünki o torpaqlar Qarabağda doğulanlardan daha çox, o yerləri bizə qaytaranlarındı, şəhid ailələrinindi, qazilərindi. İstəyirəm ki, onlar üçün Qarabağda hər bir şərait yaradılsın. Bir də onu istəyirəm ki, Qarabağın prospektlərinin birində dağıdılmış yerlər olduğu kimi saxlanılsın. Necə ki, Kiyevdə Böyük Vətən Müharibəsində dağıdılan yerlər, toplar saxlanılıb. Məsələn, Gəncədə dağıdılan o ev qalsın. Başqaları yox, elə özümüz bunu unutmayaq. İndi vaxt, zaman keçəcək biz o yerləri əvvəlkindən də gözəl şəkildə inşa edəcəyik. Buna dövlətimizin imkanı var. Amma ən çox qorxduğum bizim yaddaş problemimizdir. Zəngilanla bağlı reportaja baxdım və ondan sonra aparıcı mənə sual verdi ki, zəngilanlılar deyir ki, işğal tarixini unutmuşuq, qayıdış gününü yadımızda saxlayırıq. Amma mən buna etirazımı bildirdim. Heç bir rayonun, kəndin belə işğal günü unudulmamalıdır. Bu daim yadda qalmalı, dərsliklərə salınmalıdır. Çünki bunu unutsaq, bizi qarşıda növbəti faciələr gözləyəcək. 
 
1905-i, 1918-i unutduq. Qarşıdan 31 mart qırğınları gəlir və biz bunu da unutduq. 1948-ci ildəki böyük deportasiya qırğınını da unutduq. Bundan sonra isə 1988-ci il hadisəsi baş verdi. Bizim başımıza nə gəlirsə, yaddaşsızlıqdan və aşırı mərhəmətdən gəlir. Biz həddən artıq mərhəmətliyik. Özünüz də şahidi oldunuz ki, erməni uşağını qoyub gedir, amma Azərbaycan əsgəri ona çörək verir. Bu bir insanlıq halıdır, bunu təqdir edirəm. Amma bunun milyonda birin qarşı tərəfdən görmürüksə, demək ki, daim ayıq olmalıyıq. Ermənistanla Azərbaycan arasındakı qədər dünyada heç bir balans pozulmayıb. Bir tərəf həddən artıq mərhəmətli, tolerant, digər tərəf həddən artıq qaniçən, başkəsən. 
 
- Ora qayıdaninsanların evini həm dövlət, həm də imkanı olan şəxslər öz evini özü tikəcək. Sizin öz evinizi tikməyə imkanınız var?
 
- Mənim dağılmış evimi niyə dövlət və ya mən tikməliyəm? Bunu erməni dağıdıb və gəlsin evimizi də tikib təhvil versin. Abdal-Gülablının üst tərəfində olan evlər cah-cəlal içindədir. Nəyə görə? Çünki hamısı bizim daşlardı, mebellərdi, var-dövlətimizdi, yastığın altına qoyduğumuz pullardı. İndi o hansı ədalətdir ki, otuz il səni yerindən, yurdundan qaçaq salan erməni kəndləri zər-ziba içində yaşayacaqlar, biz də gəlib evimizi tikməyi fikirləşəcəyik. Arif Babayev niyə özünə ev tikməlidir? Onun evini Ermənistan dağıdıb və o da tikməlidir. Biz də onlardan həmin kompensasiyanı tələb edib almalıyıq. Əgər verə bilməyəcəksə, qoy ömrü boyu bizə borclu olsun, 500 illik borca imza atsın. Necə olur ki, Almaniya bu günə qədər dağıtdığı ölkələrə kompensasiya ödəyir, amma Ermənistan yox. 
 
İndi də Ermənistanda rəhbərliyin kimin olmasından asılı olmayaraq bu kompensasiyanı ödəməlidirlər. Yəni indiki hakimiyyət bunu bizdən əvvəlki siyasətçilər edib deyərək yaxasını kənara çəkə bilməz. Bu qətliamı Ermənistan törədib və buna görə də cavab verməlidirlər. Əgər dünyada bir damcı ədalət varsa, (inanıram ki, yoxdur) onlar Ağdamın, Qubadlının, Füzulinin  indiki görüntülərini izləsinlər və görsünlər ki, burda nə baş verib. Oranı hansı hala gətiriblər. Ona görə də bizə bu zərər ödənməlidir. Biz gedib ev tikməli deyilik, ermənistan bunun pulunu verməlidir. Mənim tələbim budur”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı