Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51468
az

Az.TV sədirinin mətbuat konfransına 319 baxışın doğurduğu suallar - ÖZƏL YAZI

14:0528 Mart, 2021
827
CƏMİYYƏT
  • A

İlk olaraq oxucularımızın gözəl bildiyi tarixə ekskurs edək: XII əsrin sonlarına yaxın, daha dəqiq desək, 1175-ci ildə Sultan Arslan şahın ölümündən sonra onun 7 yaşlı yetimçəsini III Toğrul adı ilə taxt-taca gətirən Məhəmməd Cahan Pəhləvan özünü “atabəy” elan etdi. Məhəmməd Cahan Pəhləvanın bu qayğısından riqqətlənməli olan III Toğrulun əmisi şahzadə Məhəmməd isə Cahan Pəhləvandan nə hoqqa desən, gözləyərdi, amma bu “atabəylik” məsələsini gözləməzdi və ona görə də bizim bakılılar demiş, üzə durdu ki, niyə, bu yetimin atabəyi özüm olmuram?!
Əlbəttə, vaxt indiki vaxt deyildi ki, oturasan evdə və bircə telefonla “canlı yayım” edib Məhəmməd Cahan Pəhləvanın, bizim jurnalistlər demiş, iç üzünü açıb, xalqımızı onun məkrli planlarından baxəbər edəsən (Amma Allah kafirə lənət eləsin, onun da başı o zamanlar qarışmışdı “səlib yürüşləri”nə və vaxt eləmirdi smartfonlar barədə düşünməyə).
Vaxt indiki vaxt deyildi və şahzadə Məhəmməd, rəhmətlik İsgəndər Həmidov demiş, uşaqları yığıb gəldi Cahan Pəhləvanın üstünə, orada da, ləzgi qardaşlarımızın sözü olmasın, bir balaca “peşmançiulux oldu”, yəni şahzadəni vurub öldürdülər.
Bu söhbəti niyə xatırladıq?
Bir az böyük çıxmasın, bu xatırlama, bizim eradan əvvəl rəhmətlik Arximedin vannaya düşməsi ilə yaranan Hidrostatikanın əsas qanunun kəşfi kimi bir şey oldu.
Yəni…
“Youtube” adlı bir sosial şəbəkə var və arada buradakı müəyyən materillara baxıram. Növbəti belə məşğuliyyətlər zamanı “Az.TV-nin sədri Rövşən Məmmədov mətbuat konfransı keçirdi” başlığı ilə kanala yerləşdirilmiş videoda diqqətimi əhəmiyyətsiz görünə biləcək bir detal cəlb etdi. Bu, həmin videonun ötən il yerləşdirilməsinə baxmayaraq, onu cəmi 319 tamaşaçının izləməsi idi. Bu, əlbəttə, Az.TV kimi ciddi sayıla biləcək, deyilənə görə, iki min nəfərdən artıq əməkdaşı olan bir qurum rəhbərinə ictimai marağın göstəricisi idi. “İctimai maraq” bir tərəfə, bu, həmin o qurumda çalışan, sayı iki min nəfərdən artıq kimi qeyd edilən bir qurum rəhbərinin kənarda yox, elə o qurumun özündə nə qədər mənasız şəxs kimi qəbul edilməsinin heyrətamiz mənzərəsi idi…!
Düzü, əvvəl-əvvəl Hüseyn Cavidin “Peyğəmbər” əsərindən bir sətri xatırladım: “Heç kim öz yurdunda olmaz peyğəmbər” və elə qəbul etdim ki, ola bilər, həmin o iki mindən artıq, “Rövşən Məmmədovun çörəyini yeyən” kəslərin böyük qismi “çörək itirən”dir; axı, iki ildən artıq müddətdə Az.TV-nin sədri olan bu adam mətbuat konfransı keçirir və hər halda, nə gündə olmasından asılı olmayaraq, bu adam mətbuat konfranslarının, dönə-dönə üzr istəyirik, “mırt söhbət”lər üçün təşkil edilmədiyini də, gərək ki, bilsin. Məlum olan isə budur ki, kollektivdə onun nə deyəcəyi, azından, 7 nəfərdən biri üçün maraqlıdır..!
Və həmin məqamda o rəhmətlik III Toğrul və onun atabəyi Məhəmməd Cahan Pəhləvanı xatırladım.
Diqqətli oxucularımız kütləvi informasiya vasitələrinin 10-15 il əvvəl əsas mövzularından birini yada salmamış olmazlar: həmin mövzu o zamanlar (sonra biləcəksiniz ki, elə, indi də!) Az.TV-nin ixtisasca “buxqalter”, ömrünün yetkin çağlarında, deyəsən, 50-55 yaşlarında, hansısa, məsələn, “Dostluq” klubunun nəzdindəki Jurnalist Sənətkalığı İnstitutunu bitirərək jurnalist kimi təqdim olunmağını sevən sədri Arif Alışanovun Azərbaycam televiziyası məkanında Atabəylər İnstitutu yaratmasından gedirdi. Mətbuat o zaman, elə indi də iddia edir ki, necə kino mütəxəssisi olması haqqında birmənalı fikir demək çətin olsa da, şəxsiyyət kimi bütöv adam təsiri bağışlamayan Cəmil Quliyevin İctimai Televiziyaya direktor “seçilməsi” televiziya məkanında o institutun əsasını qoydu. İctimai fikir o zaman, elə indi də iddia edir ki, “kinoşünas” Cəmil Quliyev “Mədəniyyət” telekanalının direktorluğunda olduğu kimi, İctimai Televiziyada da Alışanovun “kuklası”ndan başqa bir şey deyildi. Və bunu deyənlər əsas arqument kimi, Az.TV-dən İTV-yə atılan desant dəstələrini göstərirdilər. Həmin “desan dəstələrinin” tərkibində bütün qoşun növlərinin təmsilçiləri, buxqalterlər belə, salınmışdı.
Mətbuat o vaxt ezop dilində, indi isə adam dilində, açıq tekstlə bunu hesabdar Arif Alışanovun elmlər doktoru, professor, adını sayını itirdiyimiz qədər kitablarların müəllifi kimi təqdim edən Əli Həsənovun tamahına hesablanaraq atdığı addım kimi təqdim edirdilər.
Bu, ayrıca yazının mövzusudur və bu sahədə silsilə yazılar yazmaq planımızı nəzərə alaraq keçirik zəmanəmizin ikinci (birincisinin Cəmil Quliyev olduğunu dedik) III toğrulu ilə bağlı hissəsinə.
“Youtube” baxdığımız material bizi Rövşən Məmmədovla bağlı internet resurslarında axtarış aparmağa təhrik etdi. Məlum oldu ki, Az.TV-də işə başladığı cəmi 4 illik müddətdə başgicəlləndirici karyera quran və yaxud qurdurulan dostumuz Məmmədovun sədr vəzifəsinə təsdiq edilən günün sabahısı keçirdiyi ilk iclasda ilk cümləsi “Yaramaz”ın baş qəhrəmanına uyğun tərzdə yumruğunu stola çırpması ilə müşaiyət olunub: “Biz rüşvətə “yox!” deyirik!!!”.
Rövşən Məmmədovun bir az da isterik görünən bu tərzi elə, “Yaramaz”dakı auditoriyadakı kimi alqışlarla qarşılanıb. Bu Məmmədovun “Rüşvətə yox!”- deməyini də növbəti yazılarımızın arsenalında saxlamaqla kiçicik arayış verməyi lazım bilirik: Az.TV-nin sədri hələ “Rüşvətə yox!” deməzdən əvvəl, sədr vəzifəsini icra etdiyi qısa zamanda (2-3 ay tamam olmamış) onun Sumqayıtdakı mikrorayonların birində yaşayan uşaq bağçasındakı tərbiyəçi anası elə həmin Sumqayıtın ən elitar məhəlləsində qiyməti 1 milyon civarında olan mülkə köçür. Düzdür, sadə bir uşaq bağçası müəlliminin elitar məhəllədəki evə köçməsində “Yaramaz”lıq elementi olmasa da, o evin alınmasında yaramazların rolu açıq-aydın görünürdü.
Bu yaramazlıqların mənşəyində dayanan faktor isə tarixini 2015-ci ildən başlayır. Bu həmin vaxtlar idi ki, Arif Alışanov Nazirlər Kabinetinin indiki mətbuat katibi, o zamanlar isə Az.TV-nin sədr müavini, “Günün nəbzi” proqramının aparıcısı olan digər Məmmədova “papış tikirdi”. Məsələ onda idi ki, xoflu Alışanov iddiası açıq-aşkar görünən İbrahim Məmmədovu televiziyadan kənarlaşdırmağa müvəffəq oldu və “Günün nəbzi”nə aparıcılıq üçün ona təklif edilən Rövşən Məmmədovu gətirdi. Elə həmin ərəfədə Arf Alışanovu “hesaba oturtmuş” Eldar Mahmudov fırtınası baş verdi və məsələ o dərəcədə ciddiləşdi ki, hətta o sifətdəki Əli Həsənov belə, Alşanovun limitsiz pay limitindən imtina etməli oldu. Bunun üçün ilk xəbərdarlıq ikincinin İTV-də “kukla saxlaması” xəbərinin ən yuxarı mərtəbələrə çatması idi. Cəmil Quliyev “kuklalıqdan” atılsa da, Arif Alışanovun özünün getməli olduğu barədə siyasi qərar artıq vermişdi. Alışanov ölmüşdü ha, Az.TV-də minasını basdırmamış getsin…
Və iki həpəndin bir “yetim uşaq əməliyyatı” bu cür hazırlandı: Alışanov- Əli Həsənov cütlüyü təcili olaraq “yetim uşaq” nağılı uydura, o nağıla hətta… Onun özünü inandıra bildilər.
Artıq “Mavr işini görmüşdü”, Alışanov rahat gedə bilərdi…

 

Orxan Baysunqur,
“Bakuexo.az” üçün.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Toyda qəribə ADƏT - VİDEO
Məşhur bankın rəhbərinə AĞIR İTKİ
Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı