Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50399
az

Ölçü əsas deyil? Sizi qane etməyən ölçü ilə necə yaşamalı

23:3811 Mart, 2021
3424
CƏMİYYƏT
  • A


Belə gətirib ki, biz hamımız stereotiplər üzərindən fikir yürüdürük.
Ən qədim və ağrılı stereotiplərdən biri – cinsiyyət orqanının ölçüsüdür. Özündən qəti şəkildə razı olan kişi belə, penisi hansısa standarta çatmadıqda kompleks hissi yaşayır.
Bu vəziyyətdə necə yaşamalı?
Əslində hər şey çox sadədir: həyatdan həzz almaq! Çünki bu ölçülərin hamısı subyektivdir. Məhşur lətifələrdəki və pornofilmlərdəki o nəhəng penisə nadir hallarda rast gəlmək olar. Kişilərin əksəriyyəti isə normal orta ölçülü cinsiyyət orqanına sahibdirlər.
Bu səbəbdən sizə ölçü haqda düşünməmək, özünüzlə fəxr etmək və seksdən həzz almanız üçün bir neçə məsləhət təklif edirik:
Öz xüsusiyyətlərinizi qəbullanın
Ondan başlayaq ki, nə etsən də penisin ölçüsünə təsir edə bilməzsən. O sənin fiziologiyana uyğun formalaşır. Sən bədən yığa və ya arıqlaya bilərsən, lakin cərrahi müdaxiləsiz cinsiyyət orqanının uzunluğunu ya da enini dəyişə bilməzsən. Heç bu lazım da deyil. Sən olduğun kimisən. Əsas şərt özünü qəbul etmək və çatışmazlıq saydığını belə seməkdir. Əgər səni hər şey qane edirsə, özünü sevirsən və qiymət verirsənsə - ətrafdakılar şüuraltı olaraq bunu sezir. Onlar səni tamam başqa cür qəbul etməyə başlayır.
Hər şeyə yumor hissi ilə yanaş
Özün öz üzərində gülməyi bacarmalısan. Əlbəttə ki, penis ölçüsü istənilən kompaniya üçün zarafat mövzusu ola bilməz. Məsələn, bir qızla görüşəndə öz antropemtrik göstəricilərini qeyd etmək məsləhətli deyil. Lakin elə vəziyyətlər olur ki, zarafat edib başqa mövzuya keçmək, özünə təsəlli axtarmaqdan daha yaxşıdır. Yumor hissi xüsusi olaraq yataqda səni xilas edə bilər. Hər şeyə alınma, kompleks yığma. Lakin nə haqqında gülüb-gülməmək barədə qərarı özün verirsən. Əgər kiminsə dedikləri çərçivələri aşırsa, onu uzaqlara “yollaya” bilərsən.
Statistikaya etibar et
Sənin ölçün nə olsa belə, bil ki sən tək deyilsən. Adətən ortastatistik kişiniin penisi 15 santimetrdən uzun olmur. Kişilərin 68% bu göstəricidən belə balacadır. 16%-də bu göstərici 18-19 santimetrə bərabərdir. Və tək-tük insanda penisin uzunluğu 20 santimetr və daha uzun olur. Əgər müəyyən bir standarta da uyuşmursansa, dərd etmə. Sən normalar çərçivəsindəsən. Sənin kimi milyardlarla kişi var. Sadəcə kimsə buna fikir vermir və həyatdan həzz alır. Və bu özünü azlıq təşkil edən pornofilm aktyorları ilə müqayisə etməkdən daha sağlam yanaşmadır.
Sadə yol axtarma
Penisi böyüdəcək möcüzəli krem və ya preparat mövcud deyil. Bu cür vasitələr təklif edən hər bir insan dələduzdur. Onların toruna düşmə. Ən yaxşı halda sənin pulun gedəcək. Ən pis halda bu “krem” səndə ən azı allergiya yarada bilər.
Sadəcə sekslə məşğul ol
Tez-tez ölçü kompleksi kişilərə seksdən həzz almağa mane olur və ya onları bu işdən imtina etməyə sürükləyir. Çox nahaq! İnanın ki, qızlar adətən ölçüyə fikir vermir. Bəziləri hətta etiraf edir ki, orta və ya kiçikölçülü penis daha yaxşıdır. Həddindən artıq böyük cinsiyyət orqanı seks zamanı ağrıya yol aça bilər. Həmçinin, hesab edilir ki, ortaölçülü penislər daha uzun zaman “hazır” vəziyyətdə qala bilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”