Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49957
az

Nazirlər Kabineti buraxılış imtahanlarının keçirilmə qaydasını dəyişdirib

18:1504 Mart, 2021
1638
CƏMİYYƏT
  • A

Baş nazir Əli Əsədov “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması qaydalarını müəyyən edir.

Bu Qaydalarda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə, imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi buraxılış imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edilmiş Qərarı “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur. Eyni zamanda Qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub