Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48584
az

Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO

19:4412 Fevral, 2021
3381
CƏMİYYƏT
  • A

Bu gün Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovun oğlu dünyaya gəlib. 

Oxu24.com xəbər verir ki, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, şəhidin oğluna Alparslan adı qoyulub.

Qeyd edək ki, Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.

O, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın,Qubadlının, Hadrutun və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Camal İsmayılov oktyabrın 23-də Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Camal İsmayılova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə C.İsmayılov "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü