Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48547
az

Erməni fəaldan önəmli etiraf: “Ağdamı niyə dağıtmısınız?” - VİDEO

21:0611 Fevral, 2021
1989
CƏMİYYƏT
  • A

Erməni fəal İşxan Vardyan ölkəsinin baş naziri Nikol Paşinyana qəzəbli müraciət ünvanlayıb.

“Baku TV”nin paylaşdığı görüntülərdə erməni fəal Nikol Paşinyandan Qarabağ məsələsində düzgün addım atmağı tələb edib.

İ.Vardyan həmçinin ermənilərin Ağdam və Füzulidə törətdiyi vəhşilikləri xatırladıb.

Şəhərlərin dağıdıldığını, məscidlərin təhqir olunduğunu bildirən erməni fəal bunu müharibə cinayətkarlarının törətdiyini və Nikol Paşinyanın onları mühakimə edib, Azərbaycana təhvil verməli olduğunu bildirib.

“Siz Ağdamı görmüsünüz? Bu nədir belə? Buna görə necə cavab vermək olar? Düzgün davranın, cənab Paşinyan, bizim Ermənistandan başqa vətənimiz yoxdur. Sizi Ağdamın, Füzulinin və ya Qarabağın baş naziri seçməyiblər, siz özünüz demişdiniz ki, siz Ermənistanın baş nazirisiniz, Qarabağ xalqının adından danışmağa haqqınız yoxdur”, - deyə İşxan Vardyan bildirib.

İşxan Vardyan Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsi imzalamağa çağırıb.

Erməni fəal həmçinin hərbi əməliyyatların dayandırılmasından sonra əsir götürülmüş ermənilərin beynəlxalq hüquq baxımından terrorçu adlandırılması məsələsində də Azərbaycan tərəfinin haqlı olduğunu vurğulayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub