Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48429
az

TƏCİLİ XƏBƏR! Azərbaycanda qızılla bağlı mühüm qərar verildi

19:4009 Fevral, 2021
20696
  • A

Azərbaycana gətirilən 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza aksiz güzəştinin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihədən çıxarılıb.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda qəbul edilmiş  “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə (188.1.1 maddəyə təklif olunan dəyişikliyə) əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilən malların siyahısından çıxarılırdı.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə 188.1.1-ci maddəyə təklif olunan dəyişiklik çıxarılıb.

Xatırladaq ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin fevralın 12-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü