Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48400
az

Azərbaycan bu ölkələrə qadağa tətbiq etdi

21:3108 Fevral, 2021
3449
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan Milli.Az-a bildirilib ki, daxil olan məlumatlara əsasən, Fransa Respublikasının Qrand Est (Grand Est) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Almaniya Federativ Respublikasının Reynland-Pfalts (Rheinland-Pfalz) və Belçika Krallığının Lüksemburq (Luxembourg) inzibati ərazi vahidlərində blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts və Belçika Krallığının Lüksemburq inzibati ərazi vahidlərindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Fransa Respublikasının Qrand Est inzibati ərazi vahidindən isə bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Almaniya Federativ Respublikasından və Fransa Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum quldurluq etdi