Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48333
az

"Vətən Müharibəsi Qəhrəmanı"nın adını daşıyan çeşmənin açılışı oldu (FOTOLAR)

21:1707 Fevral, 2021
1811
CƏMİYYƏT
  • A

Bu gün "Vətən Müharibəsi Qəhrəmanı", XTQ-in şəhid baş leytenantı Adil İbrahimlinin adına doğulduğu Sumqayıt şəhərində su çeşməsinin açılış mərasimi keçirilib. 

Oxu24.com  xəbər verir ki, çeşmə şəhidin dostları tərəfindən ərsəyə gətirilib.

Qeyd edək ki, Adil Asəm oğlu İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa uğrunda gedən döyüşləridə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. 

Vəfatından sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi