Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48274
az

Növbəti “Evdə qal!” rejimi başlayıb

18:1306 Fevral, 2021
2772
  • A

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq "Evdə qal!" rejimi başlayıb.

Oxu24.com   azərtac-a istinadən bildirir ki, fevralın 5-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 8-də saat 5:00-dək davam edəcək. Rejimi pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.

Qeyd edək ki, hazırda Türkiyədə "Evdə qal!" rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Əhaliyə xəbərdarlıq edilib ki, dörd aya yaxın davam edən yeni sərtləşdirilmiş məhdudiyyətlərin bir qismi yumşaldılsa da, hələlik arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Yoluxma halında dinamik artım müşahidə olunsa, məhdudiyyət qaydalarına yenidən baxılacaq.

 
Xatırladaq ki, ölkə üzrə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi