Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48001
az

KEŞİŞLƏR AZƏRBAYCANLILARA HÜCUM ETDİ - Gürcüstanda

18:0902 Fevral, 2021
1927
  • A

Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və Keşişlər arasında insident yaşandı (FOTO)
 

Bu gün Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və Keşişlər arasında insident yaşanıb. Oxu24.com 24News.ge xəbər portalına əsasən xəbər verir ki, portalın hadisə yerindəki əməkdaşına müsahibə verən sakinlərin sözlərinə görə, son zamanlar onların əkin sahələrinin becərilməsinə keşişlər problem yaradır. Sakinlərin sözlərinə görə, parlamentdə kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahələrinin kilsəyə verilməsi ilə bağlı qanun çıxarılandan sonra bu kimi problemlər yaşanmağa başlayıb. Onlar deyir ki, artıq bir neçə dəfədir din xadimləri gələrək əkib becərdikləri torpaq sahələrinin onların ərazisinə daxil olduğunu deyir və bu səbəbdən icarə tələb edirlər. Bu gün kəndə gələn və eyni tələbi irəli sürən keşişlər və kənd sakinləri arasında gərginlik yaşanıb, məlumata görə hazırda kənd ərazisində gərginlik davam edir. Qeyd edək ki, sakinlərin əkin üçün istifadə etdikləri torpaq sahəsi İqdisadiyyat Nazirliyinin balansındadır və kənd sakinləri bu əraziləri müəyyən icarə qarşılığında uzun illərdir ki, beçərdiklərini bildirirlər. Xatırladaq ki, 2020-ci ilin 22 may tarixində parlament tərəfindən Meşə Məcəlləsində dəyişiklik edilib və nəticədə kilsələr və Monastırlara ətrafında yerləşən və dövlət balansında olan 20 hektaradək ərazini satın alıb, rəsmi olaraq mülkünə keçirə bilməsi imkanı verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi