Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47459
az

“5 kişinin ayağını yumasaydım mənə çörək vermirdilər” - 13 YAŞLI GƏLİN 

20:4326 Yanvar, 2021
2695
CƏMİYYƏT
  • A

“6-cı sinifin ilk rüblüyündən məktəbdən çıxarıldım, 7-ci sinifdə nişanlandım, bir ildən sonra isə toyumuz oldu. Mən övladımı həyətə hava almağa aparanda, mənim yaşıdlarım əllərində çanta hələ 9-cu sinifə gedirdilər. Mən isə həsrətlə onların arxasınca baxırdım”.

Aygün (ad şərtidir) Bakı kəndlərinin birində yaşayıb. 1990-ci illərdə məktəbdə təhsil alıb.

Dediyinə görə, ən çox sevdiyi fənn riyaziyyat olub. Arzusu bu fənni şagirdlərə öyrətmək olub:

“5-ci sinifdə təhsil alırdım. Bir gün dərsdən evə qayıdanda evdə 3 çarşablı qadının olduğunu gördüm. Anam mən göz elədi ki, qonaqlara çay gətirim. Sonra 1-2 dəfə də o qadınları evimizdə gördüm. Daha sonra anam qadınlardan birinin gələcək qayınanam olduğunu və digər Bakı kəndinə ərə gedəcəyimi bildirdi. Həmin gecə səhərə qədər yatmadım. Nəticədə mənim göz yaşlarım, yalvarışlarım heç nəyi həll etmədi”.

MÖVZU İLƏ BAĞLI:

"Ana, məni ən yaxınından qoruya bilmədin" - Cinsi istismara məruz qalan 14 yaşlı qız - FOTO


Digər qəhrəmanımız isə Azərbaycanın bölgələrindən birində yaşayır. Səmayə (ad şərtidir) də eynən Aygünün taleyini yaşayb. Ən acısı isə o, ümumiyyətlə məktəbdə təhsil almayıb: 

“Mən ailə quranda 13 yaşım vardı. O vaxtlar çox arıq idim. Səhərlər quyudan evə su daşıyanda yıxılırdım. Axşam həyat yoldaşımın, 3 qaynım və qayınatamın ayaqlarını yumadan yemək yeyə bilməzdim. 15 yaşımda ilk dəfə hamilə qaldım. Ancaq qazanın altını yaxşı yumadığıma görə, həmin günü qayınanam məni bacarıqsız olduğum üçün döymüşdü. Sonrası yadıma gəlmir, gözlərimi xəstəxanada açdım. Qayınanamgil polisə quyudan su gətirərkən yıxıldığımı  demişdi. İlk dəfə övladımı onda itirmişdim. Hazırda 25 yaşım var və 17 hamiləlik keçirmişəm, ancaq ana ola bilmirəm. Həkimlər də heç nəyə deyə bilmir. Ərim və qayınanam tərəfindən bacarıqsız olduğum üçün mütəmadi olaraq zorakılıq görürəm. Ancaq nə edim, əlimdə bir sənətim yox, boşanıb nə edəcəm?”.

Hər iki qəhrəman öz acı taleləri il barışıb, mübarizə aparmırlar. Onların gördüyü sonucu ağ rəng uşaqkən geydikləri gəlinlik donu olub. 

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 5 ildə qadınlar arasında 18 yaşa qədər nikaha daxil olma halları tədricən azalıb.

Keçən ilin göstəricilərinə nəzər salsaq, evlənən 63869 nəfərdən 366 nəfəri 18 yaşına çatmayan qızlar olub.

Lakin bunu da diqqətdə saxlayaq ki, bu rəsmi olan rəqəmlərdir. Regionlarda yaşayan insanların bildirdiklərinə görə isə qeyri-rəsmi rəqəmlər bundan qat-qat çoxdur.

Bir məlumatda isə yerli icra nümayəndələrinin, səlahiyyətli şəxslərin rüşvət müqabilində belə işlərə göz yumduqları da deyilir. Elə Səmayənin danışdıqları da bunu sübut edir.

 

“Necə ki, qayınanamgil məni döyülmə ilə xəstəxanaya düşəndə haqq-ədalətimi pul ilə satın aldılar, elə də atam məni pul qarşılığında satıb. Yadımdadır, toyumdan əvvəl bizə bələdiyyədən və qəsəbə icra nümayəndəliyindən 1-2 nəfər gəlib gedirdi. Axır ki, gördükləri həqiqətlərə göz yummaq üçün atamdan 500 manat qopardıb getdilər. Mən səfeh isə onların gəlişini öz xilasım kimi görürdüm”.


Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi indi Azərbaycanın bir sıra regionlarında aktualdır.

Aran, Muğan bölgəsi, Saatlı, Biləsuvar, Lerik, Masallı, İmişli, Lənkəran, Goranboy, Yardımlı, hətta Bakı kəndlərində də erkən nikahlar mövcuddur və nəticədə bu, təhsildən yayındırma hallarına gətirib çıxarır.

Hələ 2008-2010-cu illərdə Lənkəran, Astara və Masallı rayonlarında kifayət qədər belə hallar qeydə alınıb.

Belə ki, ən çox ucqar rayonlarda yaşayan qızlar 13-14 yaşına çatdıqda orta məktəbdən məcburi şəkildə çıxarılır və zorla ərə verilir. Bundan imtina edən qızlar isə  ailə və yaxın qohumlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalır, ictimai qınaqla rastlaşırlar.

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi, telejurnalist Teymur Mərdanoğlu da bildirib ki, ən çox erkən yaşda nikahlar Bakı kəndlərində qeydə alınıb.

“Əslində  bu cür faktların daha çox cənub zonasında qeydə alındığını düşünürlər, lakin nəzərinizə çatdıraq ki, son 5 ilin statistikasındə bunun Bakı kəndlərində yayıldığının şahidi oluruq. Daha sonrakı yerlərdə Göranboy, Gəncə və Şəki şəhərləri qərarlaşıb”. 

Komitədən həmçinin bildirilib ki, bu cür hallar haqqında onlara məlumat daxil olanda, dərhal hüquq mühafizə orqanları ilə birgə fəaliyyətə başlanılır və bu cür xoşagəlməz halların qarşısı alınır. 

“Komitədə psixoloji yardım mərkəzləri fəaliyyət göstərir. Burada ailə daxilində şiddət görmüş qadınlara müxtəlif yardımlar edilir. Bundan başqa regionlarda maarifləndirici işlər də həyata keçirilir. Biz bu cür vəziyyətlərin yaranmaması və qarşısını almaq üçün əlimizdən gələn hər bir işi edirik”.

Qeyd edək ki, erkən nikahlar ən çox XX-ci əsrin əvvəllərinədək geniş yayılmışdı.

 

Daha sonra Azərbaycan Demokratik Respublikasının (ADR) qurulması, ölkənin qanunlarında qadın hüquqlarının bərpası bu vəziyyəti  tədricən düzəltməyə başladı. Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. 


Amma hələ də dəyişməyən təfəkkürlər, fatalist düşüncələr xalqın gələcəyini məhv etməkdə davam edir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü