Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45439
az

Bu şəxslər dövlətdən ayda 350 manat yardım ala biləcək

18:1829 Dekabr, 2020
4667
  • A

"Sosial şəbəkə vasitəsi ilə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
 
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
 
Onun sözlərinə görə, bu gün Milli Məclisdə qəbul edilən "2021-ci il üçün ehtiyac meyarı haqqında” qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn il ehtiyac meyarı 170 manat olacaq.
 
"Bu o deməkdir ki, ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləği gələn ildən artacaq.

Məsələn, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 500 manatdır. Gələn ildən həmin ailə üçün 850 manat (5 nəfər X 170 manat) ehtiyac meyari, yəni xərc hesablanacaq. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 350 manat olacaq. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 350 manat yardım ala biləcək. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Qeyd edim ki, cənab Prezidentin göstərişi ilə 2020-ci ildə sosial proqramlara ayrılan vəsaitin həcmi artırılıb. Bu baxımdan, yeni meyar həm yardım məbləğini, həm də əlçatanlığı artıracaq", - deyə V.Bayramov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polisə yeni avtobuslar verildi - Foto
Bakıda yük avtomobili yandı
Mövsümündən əvvəl satışa çıxarılan qarpızın hansı zərərləri var?

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO