Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44385
az

Rövşən Əkbərovun şok biznes siyahısı - Restoranlar, ticarət mərkəzləri, yaxta...

22:1816 Dekabr, 2020
582
  • A

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun Ukraynadakı bir sıra biznes obyektlərinin siyahısı məlum olub.
"Oxu24.com" demokrat.az-a istinadən xəbər verir ki, Rövşən Əkbərov Kiyevdə Dnepr çayının sahillərində bahalı restoranlara sahiblənib. 

Azərbaycanlı general Ukraynada daha çox daşınmaz əmlak biznesinə malikdir. Bunların arasında hündürmərtəbəli binalar, ticarət mərkəzləri və restoranlar var. 

Rövşən Əkbərovun çay kənarında yerləşən restoranlarında bahalı yaxtasının da olduğu deyilir. 

Generalın sahib olduğu mülklərindən bəzilərinin adlarını oxuculara təqdim edirik:   

Kiyev şəhəri, Dnepr çayı sahillərində yerləşən "Desant" və "Stariy Dzhorat" adlı restoranlar, 

Kiyev şəhəri, "Obolonskyi" keçəsi 1B ünvanında yerləşən hündürmərtəbəli binalar, "Dream Town" ticarət mərkəzi.

Məlumata görə, sözügedən biznes obyektləri Rövşən Əkbərovun oğlu və Kiyev Azərbaycanlıları Konqresinin sədri “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin tərəfindən idarə olunur. 

Sözügedən məsələ ilə bağlı Rövşən Əkbərovla telefon əlaqəsi yaratmağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub