Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38195
az

Ramiz Mehdiyevə 3 gün vaxt verildi

20:3326 Avqust, 2020
792
  • A

Xəbər verildiyi kimi, dünən avqustun 25-də Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA-nın rəsmi saytında son vaxtlar barəsində tənqidi açıqlama və məqalələrlə çıxış edən bir sıra deputatlar, sabiq məmurlar, jurnalistlər, politoloqlar, partiya sədrlərinə  və s. qarşı təhdid xarakterli növbəti bəyanat yayıb. O, adlarını çəkdiyi həmin şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə(şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq və s.)  əsasən məhkəməyə verməklə hədələyib.
AMEA rəhbərinin bəhs edilən bəyanatında adları çəkilən keçmiş məmur və deputatlardan biri – Maksim Musayev Moderator.az-a  açıqlamasında  məsələyə münasibət bildirib:
“Ramiz, əzizim, səni debata çağırdım - gəlmədin. Bilirəm ki,  qorxaq və cəsarətsizsən... İndi də yenə adımı hallandırırsan. Məni məhkəməyə vermək üçün sənə 3 gün vaxt verirəm.  Əgər bu tələbimi yerinə yetirməsən, mənə səni məhkəməyə vermək üçün hüquqi əsas verirsən. Sənin qərarını gözləyirəm...” - deyə sabiq icra başçısı və parlament üzvü Ramiz Mehdiyevə konkret müraciət ünvanlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub