Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37820
az

Göz dəyməsinin qarşısını necə almaq olar?

22:5318 Avqust, 2020
546
CƏMİYYƏT
  • A

Hələ qədim zamandan bəri insanların diqqətini cəlb edən mövzulardan biri sehr və cadu olmuşdur. Bu gün də onun təsirlərini hiss edənlər vardır. Həmçinin bu gün göz dəymək və onun qarşısını necə almaq kimi nigarançılıqlar cəmiyyətdə yayılmaqdır.

Bəli, dinimiz də sehrin, cadunun və göz dəyməsinin mövcud olmasını təsdiqləyir. "(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi "biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)" deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!".

Lakin onlar o iki mələk vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər.

Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!". ("Bəqərə" 102).

"Həqiqətən, kafir olanlar bu zikri (Qur'anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur'anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: "Həqiqətən, o, bir divanədir!"". ("Qələm" 51).

Alimlərin nəzərinə görə, bəzi insanların gözündə xüsusu enerji vardır ki, başqa əşyalara və insanlara mənfi təsir göstərir. El arasında ona "göz dəymək" deyirlər. (Həvzəh)

Məsumların (ə) göz dəyməyin qarşısını almaqla bağlı tövsiyələrinə nəzər salaq:

1. İmam Sadiq (ə) buyurur: "(Göz dəyməsinin qarşısını almaq üçün) 3 dəfə de:

ما شاء الله لا قوه الا بالله العلی العظیم

"Maşəallah lə quvvətə illə billəhil-aliyyil-azim"

2. "Qələm" surəsinin 51-ci ayəsini oxumaq.

3. Əllərinizi üzünüzün qarşısında qərar verin və "Həmd" ("Fatihə"), "Tövhid" (İxlas), "Nas", "Fələq" surələrini oxuyun və əlinizi üzünüzə çəkin.

4. "Nas" və "Fələq" surələrini oxumaq.

5. Həzrət Peyğəmbərin (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün oxuduğu duanı oxumaq:

"اللهم یا ذا السلطان العظیم و المن القدیم و الوجه الکریم ذا الکلمات
التامات و الدعوات المستجابات عاف فلانا  من انفس الجن و اعین الانس."
 

(Filan yerinə həmin şəxsin adını çəkin).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı