Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37665
az

Daha 33 azərbaycanlı bu ölkədən vətənə gəlir

20:1716 Avqust, 2020
385
  • A

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 33 həmyerlimiz vətənə yola salınıb.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan Oxu24.com-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşlarımızın hamısı virusa qarşı testdən keçirilib.

Ümumilikdə bu günə qədər Qazaxıstandan gəmi vasitəsilə 316 nəfər vətənə yola salınıb.

Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi: