Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36587
az

Kosmos müharibələri başlayır?

21:0730 İyul, 2020
364
CƏMİYYƏT
  • A

Kosmos müharibələri bir çox insanın dilində olsa da, hələ dəqiq izah olunmayıb. Lakin mövzu ilə bağlı iddialar çox güclüdür.

Oxu24.com ted.az-a istinadən bildirir ki, hamının çox yaxından izlədiyi və gələcəkdə olmasını gözlədiyi kosmik müharibələr çox qısa bir zamanda başlaya bilər. Bir az qorxunc olan bu mövzuya dair bütün təfərrüatları bu yazımızda oxuya bilərsiniz.

ABŞ Dövlət Departamentinin yeni bir açıqlaması hər şeyin fitilini alovlandırdı. Onların sözlərinə görə Rusiya əsl peyk kimi görünə biləcək silahı kosmosa daşıyırdı. Bu da ABŞ kimi ölkələrin qisas almasına səbəb ola bilər. Bütün ölkələr məsələdə sakit olmağa çalışsalar da iddialar çox güclüdür.

İngiltərə Rusiyanın peyk əleyhinə silahlara sahib olduğunu iddia edən ilk ölkə idi. İnsanlar tərəfindən ciddi qəbul edilməyən bu açıqlama ehtimal ki, doğru idi. Ancaq bunun doğru olub olmadığı ilə heç kim maraqlanmadı. İndi isə ABŞ Dövlət Departamentinin açıqlamalarında Moskvanın ABŞ-ın imkanlarını məhdudlaşdırmaq üçün əks kosmik proqram başlatdığını bildirib.

İngiltərə Kosmik Agentliyi rəhbərinin Hava Xidmətləri üzrə köməkçisi marşal Harvey Smyth "silah xüsusiyyətlərinə" sahib olduğunu söylədiyi son Rusiya peyki sınağından narahat olduğunu bildirdi. Onların sözlərinə görə, Rusiya artıq kosmosda atışmalara başlayıb. Həm İngiltərə, həm də ABŞ özündən əmin danışır.

Edilən açıqlamaların ardından "Bu kimi hərəkətlər kosmosun dinc istifadəsini təhdid edir və peyklər Yerə bağlı kosmik sistemlərə təhlükə yarada biləcək tullantılara çevrilmə riskini yaradır" dedi. Baş nazir Rusiyanı "məsuliyyətli" olmağa və "bundan sonra belə bir imtahandan çəkinməyə" dəvət etdi. Rusiya Müdafiə Nazirliyi o vaxt yeni bir Rusiya peykinin iyulun 15-də ölkənin kosmik avadanlıqlarını yoxlamaq üçün sınaqdan keçirildiyini və məsələni təkzib etdiyini söylədi. Siz də, həqiqətən, kosmik müharibələrin yaxın olduğunu düşünürsünüz? Proqnozlarınızı şərh bölməsində bizimlə paylaşa bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi