Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36454
az

\"Erməni cəmiyyətinin sədri bizdən üzr istədi\" – Diaspor rəhbəri

22:1928 İyul, 2020
464
  • A

“Ayın 24-də Ryazan vilayətində topdan satış meyvə bazasına ermənilər ərik yüklü avtomobillərlə icazəsiz daxil oldular. Biz onlara imkan vermədik ki, ərik yeşiklərini boşaltsınlar. Çünki onlar təxribat törətməyə hazırlaşırdılar. Erməni bayrağını və Tovuz təxribatında ölən hərbçilərin şəkillərini maşından asmışdılar. Bu, açıq-aşkar təxribat idi”.

Bu sözləri Publika.az-a açıqlamasında Rusiyanın Ryazan vilayətində Azərbaycan Mədəniyyəti Mərkəzinin və Diasporunun sədri, Dünya Azərbaycanlılarının Milli Birliyinin Rusiya və MDB ölkələri üzrə nümayənədəsi Elşən Əliyev deyib.

O bildirib ki, soydaşlarımız təxribatı hiss edərək ermənilərin çirkin əməllərinin baş tutmasına mane olublar: “Erməni cəmiyyətinin sədri əvvəllər Sumqayıtda yaşayıb. Onu bazaya dəvət etdilər və 60-a yaxın erməni gəldi. Ancaq burada 2 mindən çox azərbaycanlılar var idi. Ermənilər daha öncə öz bayaraqları ilə bazara gəlmirdilər. Heç bizim həmvətənlərimiz də öz bayrağımızla nəsə satmırlar. Burada çalışan soydaşlarımızın əksəriyyəti işğal olunmuş torpaqlarımızdan qaçqın gələnlərdir. Onlar dedilər ki, bu ərik Dağlıq Qarabağda yetişib və bu, onların əriyi deyil ki, bayraqlarını da asırlar. Bu məsələ bazanın idarəçisinə bildirildi və o qeyd etdi ki, mübahisə olmasın. Sonda rəhbərlik onların buranı tərk etmələrini bildirdi. Ermənilər polis çağırdılar, ara qarışdı”.

 

Diaspor rəhbəri qeyd edib ki, bu əriklər bizim işğal altında olan torpaqlarımızda yetişdirilib və onların bunu “erməni əriyi” adı ilə satmaları qəbuledilməzdir:

“Mən hadisə yerinə getdim və polislərə başa saldım ki, onlar təxribata hazırlaşırlar. Onlar maşınlarında bizim də bayrağımızı saxlamışdılar və bu hər şeyi aydınlaşdırır. Şəhərin idarə nümayəndələri hər iki cəmiyyətin rəhbər şəxslərini çağırdı və danışıqlar apardı. Mən bildirdim ki, biz sülhsevər xalqıq və neçə illərdir burada azərbaycanlılar heç bir konflikt yaratmayıb. Ancaq, ermənilər tərəfindən dəfələrlə təxribata əl atılıb, qarşısı alınıb. Onların yüksək vəzifəli şəxsləri rəsmi orqanlara nə qədər tapşırıq göndərsə də fayda vermədi. Sonda aydın oldu ki, erməni cəmiyyətinin sədrinin tapşırığı ilə təxtibata əl atılır. Bizə sadəcə təmkinli olmağımız bildirildi”.

E.Əliyevin sözlərinə görə, Ryazan şəhərinin yerli orqanları ermənilərə ərik dolu maşınları ilə birlikdə şəhəri tərk etməyi tapşırıb: “Daha sonra onlara şəhərin topdan satış bazasına girmələrinə qadağa qoyuldu və təxribatçı, günahkar olduqları sübuta yetirildi. Hazırda iş məhkəmədədir, təxribatçı olduqları qanunla sübuta yetiriləcək. Erməni maşınları əgər bazaya yaxınlaşarsa, onlar deportasiya ediləcək. Şəhər rəhbərliyinin bu qərarından sonra erməni cəmiyyətinin sədri gəlib bizdən üzr istədi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentə “Caspian Energy” jurnalı təqdim edildi
Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edildi
Ən təhlükəli yay ayaqqabıları

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 3 kuryerdən 11 kq heroin, marixuana və metamfetamin aşkarlandı - VİDEO