Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3375
az

Ölkədə su təchizatı nə vaxt bərpa olunacaq? — RƏSMİ AÇIQLAMA

11:0304 İyul, 2018
1185
CƏMİYYƏT
  • A
 "Hazırda Azərbaycanda su təchizatı ilə bağlı vəziyyət sabitdir. Kür çayından, Ceyranbatan su anbarından, Oğuz-Qəbələ su kəmərindən tam həcmdə su gəlir".
oxu24.com  xəbər verir ki, bunu açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarından paytaxta suyun verilişi təmin edilib: "Yasamal, Nərimanov, Səbail, Nəsimi, Suraxanı, Sabunçu rayonlarından suyun verilişini bərpa etmişik. Ancaq ola bilər ki, təzyiq aşağı olsun. Günün ikinci yarısında tam sabitlik əldə ediləcək. Tam rejimdə işləməyi isə sabaha planlaşdırırıq. Bu gün suyun təchizatı dünənlə müqayisədə yaxşıdır. Ehtiyalarımızı görürük ki, Yeni Günəşli, Köhnə Günəşli qəsəbələrinin, Binəqədi rayonunun su almayan ərazilərini təmin edək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı çaylar arıqlamağa kömək edir?
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verdi
Qəzəb infarkt riskini artırır?