Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32899
az

Xala və bacı oğlu ilə birləşib qızı evinin qarşısından oğurladı — ŞOK TƏFƏRRÜAT

20:4410 İyun, 2020
634
CƏMİYYƏT
  • A

Azərbaycanda adam oğurluğunda ittiham olunan Gəncə şəhər sakinləri – 1991-ci il təvəllüdlü Zamin Mənsimov və Əfruz Şahverdiyevin cinayət işinə baxılıb.

 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zamin Mənsimov 2017-ci il avqust ayının 26-da qohumu 1996-cı il təvəllüdlü Səidə Vəliyeva (zərərçəkmişin ad və soyadı şərti verilib – red.) ilə sonuncunun iradəsinə zidd olaraq, yəni zorla evlənməsinin təmini məqsədi ilə qabaqcadan əlbir olduğu xalası Əfruz Şahverdiyeva və digər şəxslər, dövlət nömrə nişanı istintaqa məlum olmayan “VAZ-21099” markalı avtomaşının şəxsiyyəti məlum olmayan sürücüsü bu barədə öz aralarında danışıb, razılığa gəliblər.

 

Xala və bacı oğlunun dəhşətli əməlləri

 

Bu məqsədlərinin yerinə yetirilməsi üçün planlaşdırdıqları kimi, əvvəlcə 2017-ci il avqust ayının 26-da axşam saat 19.00-da Zamin Mənsimov, Əfruz Şahverdiyeva və digər şəxslər Səidə Vəliyevanın valideynləri ilə birlikdə yaşadığı Yevlax şəhəri Şəkili küçəsində yerləşən həyət evinin qarşısına gəliblər, küçədə gözləyiblər.

 

Həmin gün axşam saat 20.00-da Zamin Mənsimov, tanışları - şəxsiyyəti məlum olmayan “Orxan” adlı şəxs, dövlət nömrə nişanı məlum olmayan “VAZ-21099” markalı avtomaşının şəxsiyyəti məlum olmayan sürücüsü ilə birlikdə, sonuncunun idarə etdiyi həmin avtomaşında Səidənin valideynləri ilə birlikdə yaşadığı həmin həyət evinin qarşısına gəlib, onun küçəyə çıxmasını güdüblər.

 

Evindən oğurlanan qızı harada saxladılar?

 

Zamin Mənsimovun bacısı Xəyalə qeyd edilən şəxslərin oraya gəldiyini görüb və öz aralarında əvvəlləcədən danışıb, razılaşdıqları kimi küçədə səs-küy salaraq Səidə Vəliyevanın küçəyə çıxmasına şərait yaradıblar. Səidə Vəliyeva Xəyalənin səs-küyünü eşidib, narahat olaraq nə baş verdiyini öyrənmək üçün küçəyə çıxıb.

 

Bu zaman Əfruz  Şahverdiyeva və digər şəxs Səidə Vəliyevanın üstünə cumub, qamarlayıb, qollarını tutub, maşına tərəf dartaraq onu zorla həmin atvomaşına mindirməyə cəhd ediblər.

 

Səidə Vəliyevanın qışqırıb, çırpınıb, köməyə çağıraraq aktiv müqavimət göstərdiyini və ona gücləri çatmadığını gördükdə isə onların köməyinə gələn Zamin Mənsimov, tanışı - şəxsiyyəti məlum olmayan “Orxan” adlı şəxs birlikdə hərəsi bir tərəfdən Səidə Vəliyevanın üstünə cumub, ona fiziki zor tətbiq ediblər.

 

Daha sonra onlar Səidə Vəliyevanı zorla maşına mindirib, avtomaşında da qışqırıb, çırpınıb, köməyə çağıran Səidənin etirazlarına məhəl qoymayaraq, onu Zamin Mənsimovla zorla evlənməsinin təmini məqsədi ilə oğurlayıblar.

 

Polisə şikayət və cinayətkarlar həbs edildi

 

Daha sonra dəstə üzvləri Səidə Vəliyevanı Bərdə rayonuna məcburi köçkünlər üçün salınmış yaşayış massivinə gətiriblər. Orada həmin gecə saat 21.00-dan 00.30-dək olan müddətdə qohumları Səhər Abdullayevanın mənzilində, saat 00.30-dan saat 03.00-dək olan müddətdə isə digər qohumları Bəxtiyar Abdullayevin mənzlində qanunsuz saxlayıblar.

 

Bundan sonra Səidə Vəliyevanın valideynlərinin onun zorla qaçırılmasına dair polisə şikayət eməsi səbəbindən onu 1 sutka sonra avqust ayının 27-də, saat 03.00-da həmin vaxt Bəxtiyar Abdullayevin mənzilinə gəlmiş polis əməkdaşlarına və qohumlarına təhvil vermək məcburiyyətində qalıblar.

 

İstintaq orqanı tərəfindən Zamin Mənsimov və Əfruz Şahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu) maddələri ilə ittiham elan edilib.

“Səidəni görüb bəyəndim və onu sevmişəm”

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamin Mənsimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, həbs olunmazdan əvvəl fərdi işlərlə məşğul olub və ailəsinin dolanmasına köməklik edib: “Ailə üzvlərim ilə Bakı şəhərində yaşamağımıza baxmayaraq qohumlarımın böyük əksəriyyəti Yevlax şəhərində yaşayıblar. Əvvəllər qohumlarıma baş çəkmək üçün mütəmadi olaraq Yevlax şəhərinə gəlib-getmişəm. Mərhum Adil Vəliyev (zərərçəkmiş Səidə Vəliyevanın atası – red.) anam Kəmalə Mənsimovanın doğma dayısı oğludur. Yevlax şəhərinə gələndə onlara da baş çəkmişəm. Həbs olunmazdan bir il əvvəl onun qızı Səidəni görüb bəyəndim və onu sevmişəm. Lakin Səidənin özü bundan xəbərdar olmayıb. Heç bir vaxt onu sevdiyimi və onunla ailə qurmaq istədiyimi özünə açıqlamamışam. Hətta mərhum atam Mətləb Mənsimovla mərhum Adil Vəliyev arasında baş tutmuş şifahi razılığa görə, qızı ilə mənim ailə qurmağıma narazı olmayacağına söz verib”

 

“Vədin üzərində dayanmaması mənə pis təsir etdi”

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci il avqust ayının 23-də nənəsi Gülsümün qəbrini ziyarət etmək məqsədi ilə anası Kəmalə Mənsimova və bacısı Xəyalə Məmmədxanlı ilə birlikdə Yevlax şəhərinə gəlib: “Həmin ərəfədə Yevlax şəhərində olan zaman mərhum Adil Vəliyevin qızını Sədinənin başqa şəxsə ərə vermək istədiklərini eşitdim. Onun verdiyi vədin üzərində dayanmaması mənə pis təsir etdi. Bu səbəbdən Səidəni evlənmək məqsədi ilə zorla qaçırmaq fikrinə düşdüm. Bu məqsədlə Bakı şəhərində Yasamal rayonunda yaşayan dostum Orxannı da Yevlax şəhərinə dəvət etdim”.

“Xalam və bacım da mənə köməklik etdilər”

 

Zamin Mənsimovun ifadəsinə görə, avqustun 26-da, saat 20.00-da “Azpetrol” yanacaq doldurma məntəqəsinin Yevlax filialının yanından tanışı Orxanla adını xatırlamadığı şəxsin idarə etdiyi, dövlət nömrə nişanını xatırlamadığı “VAZ-210992 markalı avtomaşına əyləşib və Səidəgilin yaşadığı küçəyə gəliblər: “Taksi sürücüsünü nişanlısını götürmək adı ilə aldadaraq oraya gətirmişəm. Hətta dostum Orxanın da mənim fikrimdən əvvəlcədən xəbəri olmayıb. Səidənin yaşadığı küçəyə çatanda onun həyətlərində dayanmasının, xalam Əfruz Şahverdiyeva, Səidənin anası Səbinə və bacım Xəyalə onun yanında əyləşməsinin şahidi oldum. Bir qədər küçədə gözlədim. Onlar söhbət edərək həyətdən çıxıb vı davarzaya tərəf gəldikdə, Səidənin tək olmasını gördüm, yaxınlaşaraq ondan avtomaşına oturmasını xahiş etdim. Təklifimə etiraz etdiyinə görə Səidəni qucaqladı, zorla maşına əyləşdirəndə xalam Əfruz və bacım  Xəyalə də mənə köməklik etdilər. Bacım Xəyalə də maşına əyləşdi. Maşınla Bərdə şəhərində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan qohumum Səhər Abdullayevanın mənzilinə gəldik. Avtomaşında olarkən Səidəni zorla qaçırılmasına baxmayaraq mənimlə evlənməyə razı oldu”.

“Dostum maşından düşərək qaçdı”

 

Zamin Mənsimov qeyd edib ki, dostu Orxan məsələni anlayaraq yolun yarısında avtomaşını saxladaraq düşüb qaçsa da, sürücü heç bir şeydən şübhələnməyib: “Onun avtomaşını ilə gəlib binanın qarşısına çatdıqda Səidə maşından düşdü, söhbət edə-edə həmin mənzilə girdik. Səhər Abdullayevanın evinə anam Kəmalə Mənsimova və xalam Əfruz Şahverdiyeva da gəldilər. Orada bir qədər söhbət etdikdən sonra anam Kəmalə Mənsimova, bacım Xəyalə Məmmədxanlı, xalam Əfruz Şahverdiyeva və Səidə Vəliyeva birlikdə Səhər Abdullayevanın oğlu Bəxtiyar Abdullayevin mənzilinə getdilər. Amma Bəxtiyar Abdullayev evdə olmadığından və arvadı Əsmər Abdullayeva evdə tək olduğundan mən mənzilə girmədim, geri qayıdaraq Səhər Abdullayevanin mənzilində oturdum”.

“Səhəri barəmizdə şikayət etdiklərini öyrəndik”

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 27-də, gecə saat 03.00-da Yevlax rayon polis şöbəsinin əməkdaşları, Səidə Vəliyevanın ailə üzvləri Bəxtiyar Abdullayevin mənzilinə gəlib, anası Kəmalə Mənsimavagildən Səidənin azad etmələrini tələb ediblər: “Əvvələcə Səidə qaytarmağa narazı olsalar da, sonradan məcbur qalaraq onlara təhvil verdik. Səhəri gün onların barəmizdə şikayət etdiklərini öyrəndik”.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Mənsimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Əfruz Şahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza təyin olunub.

 

Hökmdən narazı qalan Zamin Mənsimov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

 

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Zamin Mənsimovun apelyasiya şikayəti təmin edilməyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistinin qızı nişanını qaytarıb
“Instagram”a əsaslı yenilik gəlir