Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbli qız araqdan komaya düşüb

CƏMİYYƏT

970

25.05.2020, 19:57

Rusiya spirtli içkinin çox qəbul olunduğu ölkələrdəndir. Bunun fəsadları da az olmur.
 

Oxu24.com Bizimyol.info-ya istinadən xəbər verir ki, Rusiyada məktəbli qız araqdan komaya düşüb. Leninqrad vilayətinin Rutelitsı kəndində yaşayan yeniyetmə qız təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Statistikaya görə, Rusiyada hər üç yeniyetmə şagirdən biri spirtli içki qəbul edir. Onların 40 faizi içkinin dadına ilk dəfə birinci sinifdə baxır. Rusiyada məktəblilərin 25 faizi pivəni spirtli içki saymır. Narkoloqlar məhz buna görə çoxdandır “pivə alkoqolizmi” ifadəsini işlədir.