Qaynar xətt:

(+99450) 247 90 86

Ağırlaşma və ölüm hallarının çoxu evdə özünü müalicə ilə bağlıdır - TƏBİB

CƏMİYYƏT

539

22.05.2020, 18:10

ğırlaşma və ölüm hallarının çoxu evdə özünü müalicə ilə bağlıdır.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son zamanlar COVİD-19-a oxşar digər hallar müşahidə edilir:

"Bu hallar da bizi narahat edir. Bütün bunları araşdırmaq lazımdır ki, bu koronavirusdur, ya başqa ağırlaşmalardır".

R.Bayramlı qeyd edib ki, ölkəyə xaricdən gələnlər arasında yoluxma halları 20 faiz təşkil edib: "Bir təyyarə reysində gələn arasında yoluxma göstəricisi 30 faiz olub. Bu halda bütün təyyarə ekipajı karantinə göndərilir".