Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31707
az

Azərbaycanda daha bir qadağa LƏĞV EDİLDİ — SON DƏQİQƏ

16:5021 May, 2020
791
CƏMİYYƏT
  • A

Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 30 gündən 90 günə qaldırılması təklif edilir.
“Oxu24.com” xəbər verir ki, Milli Məcliisn  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin  bu gün keçirilən iclasında Azərbaycanla Türkiyə və Türkmənistan arasında imzalanmış bir sıra  sənədlərin ratifikasiyasi məsələsi müzakirə olunub. 

Gündəlikdəki qanun layihələrini şərh edən komitə sədri sədri Səməd Seyidov bildirib ki, cari ilin fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol barədə məlumat verdi. Bildirdi ki, bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ölkəmizin iqtisadi maraqlarına uyğundur. 

Qeyd olunub ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd ölkələrimiz  arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur. 

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. 

Komitə üzvlərinə məlumat verilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin məramı uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməkdir.
Nəzərə çatdırılıb ki, 2013-cü ilin 13 noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”də 2020-ci ilin 25 fevralında zəruri dəyişikliklər edilib. Müasir çağırışlardan irəli gələn həmin dəyişikliklərə dair Bakıda imzalanmış Əlavə Protokoldakı müddəalar mühüm əhəmiyyətə malikdir. 

Sonra Səməd Seyidov Azərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmış sənədlər barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq  diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir. 

Deputatların diqqətinə çatdırıldı ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverilşli şəraiti təmin etməyə yönəldilib. 
Sənədlər barədə məlumat dinlənildikdən sonra iclasda fikir mübadiləsi aparılıb. 

Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Sazişlərin və Protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Sonra iclasda cari məsələlər müzakirə olunub. Məzahir Əfəndiyev, Elman Nəsirov, Asim Mollazadə, Cavanşir Feyziyev, Ramil Həsən beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, parlament  və hökumət arasında əməkdaşlığın vacibliyi, Azərbaycan XİN və Diaspor Komitəsi ilə birgə iş aparılması zərurətini və s. önə çəkiblər. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil