Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30746
az

Stalin 9 May bayramını niyə ləğv etmişdi...

21:4408 May, 2020
522
CƏMİYYƏT
  • A

Sabah postsovet ölkələrinin bir çoxunda İkinci Dünya Müharibəsindəki qələbə qeyd olunacaq. Halbuki hələ 1947-ci ildə - müharibənin başa çatmasından cəmi iki il sonra SSRİ rəhbəri İosif Stalin 9 May bayramını ləğv etmişdi.
Bizimyol.info xəbər verir ki, 73 il əvvəl həmin tarix Sovet İttifaqında iş günü elan olunmuşdu. Başqa bayramlara toxunulmasa da, 9 May Stalinin qəzəbinə tuş gəlmişdi. Görəsən niyə?

Rus tarixçi Konstantin Zalesski düşünür ki, sovet əsgəri, zabiti Qərbdə gördüklərindən çox sarsılmışdı. Avropaya ayaq basan SSRİ hərbçiləri başqa həqiqətlə üzləşmişdi. Məlum olmuşdu ki, sovet insanı çox pis şərtlər altında yaşayırmış. Qərbdə gördükləri evlər onları heyran etmişdi. Stalin bütün bunları gözəl anlayırdı. Amma rəhbər ritorikasını dəyişmişdi. İosif Vissarionoviç deyirdi ki, daha müharibə medlalları ilə öyünmək lazım deyil, indi əmək ordeni qazanmaq vaxtıdır. Stalin iqtisadi vəziyyətin nə qədər ağır olduğunu anlayırdı. Öyünməyə hey qalmamışdı. ABŞ göz önündə çiçəklənirdi.

Konstantin Zalessi ki, deyir ki, Stalin həm də müharibə veteranlarını mükafatlandırmaq istəmirdi. Eyni zamanda buna böyük maliyyə lazım idi. Stalin başa düşürdü ki, insanları yeni mərhələyə səsləmək lazımdır.

Vəziyyət gerçəkdən ağır idi. Təkcə 500 min nəfər müharibədən əlil kimi qayıtmışdı. Bu adamlar sosializm yarışına heç bir töhfə verə bilməzdi. Əvəzində müharibə əlillərinə pul ödəmək lazım idi. Stalin həm müharibə ilə öyünmək, həm də keçmiş döyüşçülərə pul ödəmək istəmirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü