Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26444
az

Azərbaycan sərhədinə 400 milyard çəyirtkə gəlir... Koronavirusdan daha böyük TƏHLÜKƏ! / VİDEO

18:1513 Mart, 2020
1043
CƏMİYYƏT
  • A

Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir.  Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb.

Ekoloq Telman Zeynalov Redaktor.az-a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə də hücumunun mümkün olduğunu qeyd edib:

"Onlar üçün sərhəd qoyulmayıb. Hara gəldi keçə bilərlər. İndi hər yer quraqlıqdır, ona görə çöl çəyirtkələri də yem axtarırlar. Azərbaycandan da keçə bilərlər, amma heç bir qorxusu yoxdur".

Çəyirtkə hücumunun koronavirusdan daha təhlükəli olması fikrinə də münasibət bildirən ekoloq qeyd edib ki, deyilən hər sözə  inanmaq lazım deyil:

"Kim nə deyir desin, hər sözə qulaq asmayın! Koronavirus bütün dünyanın iqtisadiyyatını çökdürə bilər. Çəyirtkə isə bir sezonluq gəlib, məhsulu yeyib, gedəcək. Qiymətlər qalxa bilər. Əgər çəyirtkələr kənd təsərrüfatı ərazilərinə hücum etsə, çörəyin qiyməti bahalaşacaq. Onlar əsasən taxılı məhv edirlər. Bu isə uzunmüddətli davam edə bilməz, çünki əldə etdikləri qidanı yedikdən sonra çöl çəyirtkələri özlərinə başqa məkanlar axtarmağa başlayır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI
“Ekstrasens Hikmət”ə 5 il 6 ay həbs verildi - FOTO
Güneydə “Ana dilində danışaq” aksiyası başladı - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib