Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25356
az

Rayonu işdən çıxan icra başçısı idarə edir – İDDİA

19:2227 Fevral, 2020
856
CƏMİYYƏT
  • A

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev 4 ay əvvəl icra başçısı vəzifəsiylə vidalaşsa da, yenə rayonun idarə olunmasında əsas söz sahiblərindən biridir.

Oxu24.com bildirir ki, bu barədə Xaçmazda fəaliyyət göstərən idarə müdirlərindən biri Yenisabah.az saytına məlumat verib. Mənbə deyib ki, Xaçmazın yeni başçısı Elnur Rzayev sələfinin razılığı olmadan heç bir təyinat gerçəkləşdirə bilmir. Bəzi idarə və müəssisə rəhbərlərinin indiki deyil, sabiq icra başçısına hesabat verdiyi bildirilir.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 15 il Xaçmaz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il oktyabr ayının 31-də tutduğu vəzifədən azad edilib. Onu 39 yaşlı Elnur Rzayev əvəzləyib. Maraqlısı isə odur ki, Xanbabayev işdən azad olunduqdan sonra Bakıya qayıtmaq barədə düşünməyib. O, YAP-ın Xaçmaz rayon təşkilatının sükanı arxasına keçərək, rayonun idarə olunmasında mövqeyini qoruya bilib.

Şəmsəddin Xanbabayevin Xaçmazda əsas söz sahibi olduğunu təsdiqləyən digər faktlar da mövcuddur. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd olmuş əməkdar jurnalist Azər Həsrət sabiq başçını seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Azər Həsrət deyib ki, Şəmsəddin Xanbabayevin göstərişi ilə büdcə təşkilatlarının əməkdaşları konkret namizədin xeyrinə təbliğat aparıblar.

Qeyd edək ki, 81 yaşlı YAP sədrinin icra başçısı Elnur Rzayevə münasibətdə subordinasiya qaydalarına əməl etməməsiylə bağlı xəbər onun vəzifəsini itirdiyi ilk gündən meydana çıxıb. Xanbabayev icra hakimiyyətinin qonaq evini tərk etmədiyi üçün onun yerinə təyinat alan Elnur Rzayev bir neçə gün rayonun mərkəzində yerləşən “Elit” otelində gecələməli olmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO