Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2494
az

XƏBƏRDARLIQ: Dondurma alarkən diqqətli olun!

20:4901 İyun, 2018
1077
CƏMİYYƏT
  • A
Oxu24.com bildirir ki, agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, istehlakçılar dondurma alarkən ilk növbədə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə baxmaq, tərkibindəki maddələrə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidirlər.

Həmçinin dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl etməsinə diqqət yetirmək vacibdir.

Agentlikdən bildirilib ki, rəngli dondurmalara xüsusi diqqət yetirilməlidir:

"Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir".

Agentlikdən qeyd edilib ki, hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət edilməlidir: "Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır".

Agentlikdən əlavə edilib ki, dondurma marketlərdə tələb olunan qaydalara uyğun saxlanılmalıdır: "Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır. Dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmamalıdır. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
“Ekstrasens Hikmət”ə 5 il 6 ay həbs verildi - FOTO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib