Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24553
az

8 prokurorluq əməkdaşı vəzifəsindən azad edilib

19:2414 Fevral, 2020
432
CƏMİYYƏT
  • A

2019-cu ildə 8 prokurorluq əməkdaşı vəzifəsindən azad edilib.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Zakir Qaralov deyib ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edildiyi, 8 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılıb.
Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA