Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22645
az

"Kiminsə cibinə 5-10 manat qoyub bu məsələni ört-basdır etmək olmaz"- Hafiz Haciyev Nərminin qətlindən danışdı

13:5813 Yanvar, 2020
539
CƏMİYYƏT
  • A

 

 

 

Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.

 

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu xəbər ona pis təsir edib:

"10 yaşlı uşağı yandırırlarsa, bəzi məmurların Allah evini yıxsın. Onlar sadəcə rüşvət alıb, verməklə məşğuldurlar. Niyə məmurlar dövlətimizin balalarına sahib çıxmırlar. Vəziyyəti niyə bu qədər gərginləşdirirlər. Ailələrlə niyə işlər aparılmır? 10 yaşlı körpəmizi kim yandırıbsa, ona ən sərt cəza verilməlidir. Bu cür biabırçılıq olmaq. Həmin rayonun hüquq-mühafizə orqanları var. Onlar araşdırmalıdır ki, bu bölgələrdə bu cür cinayətlərin sayı artıb. Son günlər belə cinayətlər daha çox qərb bölgələrində baş verir. 10 yaşlı uşağın yandırılması böyük bir faciədir. Başqa dövlətin insanı öləndə ona yas saxlamağa çalışırıq. Amma özümüz üçün bu yöndə heç edə bilmirik. Düşünürəm ki, bu məsələrin hər birinə ciddi yanaşmalıyıq. Ailə, Qadın, və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi bu işlərlə ciddi məşğul olmalıdır".

 

Hafiz Hacıyev vurğulayıb ki, bu hadisəni pisləyir:

 

"Hər birimiz əl-ələ verib bu hadisələrin çoxalmaması üçün geniş işlər görək. Mən bu məsələdə xalqımın hər zaman yanındayam. 10 yaşlı körpənin yandırılması mənim ürəyimi ağrıtdı. Onun valideynlərinin vicdanı yoxdurmu? Valideynləri niyə onu əmisinin evinə göndəriblər? Burada hansı qisas məqsədi olubsa, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdılmalıdır. Kiminsə cibinə 5-10 manat qoyub bu məsələni ört-basdır etmək olmaz. Bizim üçün bu hadisə çox sarsıdıcı oldu. Əgər o uşaq əmisinin evindən yoxa çıxıbsa əmisi buna görə cavab verməlidir. Uşaq niyə yoxa çıxmalıdır? Bütün bunlar araşdırılmalı və üzərinə gedilməli olan məsələlərdir. Bizim dövlətimizə qarşı törədilən təxribatlardır. Bu hadisələr xalq arasında böyük ümidsizlik yaradır. Bu yöndə ciddi addımlar atmalıyıq. Mən bu məsələ ilə bağlı Tovuz rayonunun polis rəisi ilə danışacam. Araşdırım görüm, bu nə məsələdir. Düşünürəm ki, uşaqlara qarşı bu cür vandalizm törədənlərə qarşı ən sərt cəzalar verilməlidir. Bu uşaqdır. Müqavimət göstərə bilmir. Onlara o cür əzab verib öldürənlərə ölüm hökmdən aşağı cəza verilməməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü