Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22240
az

Ombudsman Tovuzda azyaşlının qətli ilə bağlı Baş prokurora müraciət edib

21:4307 Yanvar, 2020
416
  • A

Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayonun Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda meyitinin aşkarlanması və mətbuatda uşaq üzərində zorakılıq əməllərinin törədilməsi ehtimalı ilə bağlı yayılmış məlumatların araşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər.

Ombudsman Aparatından BAKU.WS-ə verilən məlumata görə, vəfat etmiş azyaşlının valideynləri və yaxınları Ombudsmana ünvanlanan müraciətlərində məsələnin nəzarətə götürülərək təcili və hərtərəfli araşdırılmasına, təqsirkar şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Ombudsman cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

Müraciətdə qeyd olunan məqamlar və baş vermiş ölüm hadisəsinin zorakılıq ehtimalı nəzərə alınmaqla nəzarətə götürülərək araşdırılması, müvafiq ekspertizaların təyin olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.

Eyni zamanda, Ombudsman kütləvi informasiya vasitələrini bu cür hallarla bağlı məlumatlar yayarkən insanların, o cümlədən uşaqların psixologiyasına mənfi təsirləri nəzərə almağa və həssaslıq nümayiş etdirməyə çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub