Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22120
az

"ABŞ-İran müharibəsi Azərbaycana problemlər yarada bilər"

18:3406 Yanvar, 2020
551
CƏMİYYƏT
  • A

Yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. 1998-ci ildən “Sepah”ın Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymaninin ölümü dünyada yeni müharibə ocağının yaranmasına səbəb olacaq kimi fikirlər dolaşmaqdadır.

 

ABŞ- İran arasında yaranmış bu gərginlik nələr vəd edir? Elşən Manafov Elşən Manafov Bizimyol.info-nun suallarını politoloq Elşən Manafov cavablandırır.

 

- “Qasım Süleymaninin İraqda öldürülməsi Trampın bir başa əmri əsasında həyata keçirilib və yaxın Şərqdə gərginliyin artmasına öz töhfəsini verəcək. Artıq ABŞ-İran münasibətlərində gərginlik başlayıb və davam edəcək. ABŞ növbəti dəfə beynəlxalq münasibətlərdə hörmətsizlik nümayiş etdirdi. Bu dünyada demokratiya və insan haqları uğrunda mübarizə aparan bir dövlətə baş ucalığı gətirməyəcək. Əlbəttə, ABŞ bunu onunla əsaslandırır ki, Süleymani bölgədəki hərbi qüvvələrə yaranacaq təhülkənin qarşsının alınması məqsədi ilə öldürülüb.Süleymani ABŞ-ın vətəndaşlarına və qoşunlara qarşı dəfələrlə terror həyata keçirmiş bir general olaraq aradan qaldırıldı və bu Ağ Evin dediyinə görə, İranı danışıqlar masası arxasında oturtmağa vadar etmək üçün atılmış bir qərar idi.Lakin köklü surətə yanlış qərar idi. General İranın ali siyasi rəhbərinə yaxın adam idi. Beynəlxalq hüquqa görə, İranın öz hüququnu qorumaq hüququ var və İran adekvat addımlar atacağını bəyan edib. Bu mənada Amerikanın Yaxın Şərq ölkələrindəki vətəndaşlarının həyatı artıq təhlükədədir.General Süleymaninin qətli iki dövlət arasında münasibətlərin səngiməsinə deyil , artmasına səsbəb olacaq. Türkiyə və Rusiya prezidentləri də bəyanat verdilər ki, bu hadisə iki ölkə arasındakı gərginliyi artıracaq. Bu qətldən sonra neft birjalarında neftin qiymətlərinin sıçraması Səudiyyə Ərəbistanının və neft şirkətlərinin maraqlarına cavab verdi. - Yaxın qonşumuzun başı üzərində gəzən qara buludlar Azərbaycana necə təsir göstərəcək? - Azərbaycan münaqişələrdə tərəf olaraq iştirak etməyəcək. Öz milli maraqlarımıza uyğun olaraq, ABŞ rəsmiləri dəfələrlə Azərbaycanda koalisiya qüvvələrinin yerləşdirilməsi və İrana zərbələr endirmək üçün istifadə etmək barədə danışıqlar gedib. Lakin bizim mövqeyimiz belə olub ki, İran bizə qonşudur, müsəlman dövlətdir və orda bizim milyonlarla soydaşlarımız var. Bu mənada humanitar fəlakət yaşana bilər. Əgər gərginlik daha da artarsa və müharibə başlayarasa bu bizə necə təsir göstərə bilər? İranda yaşayan yüzminlərlə soydaşımız Azərbaycanda sığınacaq tapmaq istəyə bilər ki, bu da sosial baxımdan Azərbaycana problemlər yarada bilər. Biz qarşılıqlı anlaşma və mehriban qonşuluq prinsipləri əsasında yaşamağın tərəfdarıyıq. Biz yeri gəlsə, vasitəçi ola bilərik. Azərbaycan etibarlı tərəfdaşdır və bizə etimad olub. Bu mənada Azərbaycan arta biləcək gərginliyin qarşısını almaq üçün öz imkanlarından istifadə edə bilər. Azərbaycan NATO ilə Rusiya arasında gərginliyin azalmasında rol oynayıb. Bu mənada yenə özünü göstərmək imkanı yaranıb. Bu həm bizim milli maraqlarımıza xidmət edər, həm də bölgə dövlətləri arasında reytinqimizin artmasına kömək edə bilər. - Analitiklərin fikrinə görə,Trampın bu qərar verməsi onun seçkilərdə məğlubiyyətinə hesablanıb. - Əksinə deyərdim. Senatda üstünlük Respublikaçılarda olsa da Tramp sığortalanmaq istəyib. Hər dəfə ABŞ- da hansısa prezidentin impinciment məsələsi ortaya qoyulanda daxili auditoroiyanın yüksək rəyini qazanmaq üçün xarici auditoriyaya üz tutulur. Obama Ben Ladenin öldürülməsi ilə nüfuzunu, reytinqini gücləndirdi. Tram da eyni qaydada hərəkət edərək həm özünə qarşı yönəlmiş mənfi fikirlərdən yayınmağa çalışır , həm də ABŞ –ın vətəndaşlarına qarşı terror törətmiş bir şəxsi məhv etməklə ölkə vətəndaşlarının sevgisini qazanmağa çalışır. - Belə çıxır ki, ABŞ prezidentlərinin hakimiyyətdə qalması üçün mütləq şərqdə qan tökülməlidir? - Bu artıq öz təsdiqini tapıb və tarix belə göstərir. Qurban rolunda həmişə Yaxın Şərq oynayır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...