Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2038
az

Alpinistlərlə bağlı daha bir şok:Meyitlərin müayinəsi zamanı...

10:2022 May, 2018
8155
CƏMİYYƏT
  • A
 Qubada meyitləri tapılan alpinistlərlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, ilkin baxış zamanı meyitlərin üzərində heç bir sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır. Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.


Günün təklif olunan videosu: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB
Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+