Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
BÜTÜN XƏBƏRLƏR
19638
az

Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar

13:3608 Noyabr, 2019
1043
CƏMİYYƏT
  • A
 
Bakıda oxumağı bilməyən qadının adına 4.2 milyon dövriyyəsi olan şirkətlər açılıb. 

Bu barədə “Qafqazinfo”ya müraciət edən Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub: “Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, “gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan”. Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik.

2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər “STOP”un var, adına 5 şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər. Mənə dedilər ki, get Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra “Banditizm idarəsi”nə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orda qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər”.

E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan “Buttolo”, “Ceyson-TT”, “Dikson-N.N”, “Brayner – S.S”, “Lesnek-2018” şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.

Bu şirkətlər üçün “Bank BTB”-də açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə “Brayner – S.S”-də 1,4 milyon manat, “Ceyson-TT”-də 183 min manat, “Buttolo”-da 512 min manat, “Lesnek-2018” 62 min manat, “Dikson-N.N”-də 1,7 milyon manat olub.

Yazıda adı hallanan Çingiz adlı şəxsin nömrəsinə zəng çatmayıb, onun həyat yoldaşı Dilarə adlı qadın isə sualımıza aqressiv cavab verərək “Esmira hara istəyir şikayət etsin, mən ona firma açdırmamışam” deməklə kifayətlənib.

E.Nuriyeva bildirib ki, Çingiz və Dilarə bu işlər məşğul olandan sonra varlanıblar və Çingiz hələ də bu işləri davam etdirir: “Bir neçə gün əvvəl vergi işçisi ilə məni səhv salıb səhvən zəng etmişdi, dedi “bir-iki sənəd var, gətirim onları da həll edək”.

Esmira Nuriyeva deyib ki, Daxili İşlər naziri Vilayət Eyvazova və Bakı şəhər prokruroru İlqar Abbasova müraciət edəndən sonra araşdırmalara başlanılıb: “İki gün əvvəl prokurorluqdan zəng edib dedilər ki, sizin şikayəti “Bandotdel”ə tapşırmışıq, onlar araşdıracaq. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu adamları tapsınlar, mənim adıma açılan şirkətlərin vergi borcunu ödətdirsinlər ki, mən gedib ərimi görə bilim. Həmin adamlar da bu işlərə cəzalarını alsınlar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kərimlə intim davası olan Elçin Əlibəyli işdən niyə çıxarılıb?
Kişini toy gecəsi belə aldadırlarmış - Bakirə olmayan qızların yeni fırıldağı...
Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü