Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19405
az

Alimlərdən “Wi-Fi”-la bağlı Yeni kəşf

22:0624 Oktyabr, 2019
415
CƏMİYYƏT
  • A
 ABŞ-ın Briqam Yanq Universitetinin alimləri "Wi-Fi" çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı "Mesh" sistemlərinin alternativini kəşf ediblər.
Oxu24.com "ictnews"a istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir.

"On-Off Noise Power Communication" (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 bit tutumlu informasiyanın ötürülməsini nəzərdə tutur.

Beləliklə, marşrutlayıcı qurğunun "Wi-Fi"dan istifadə etməsini "başa düşəcək" və siqnalı gücləndirilmiş rejimdə yaymaqda davam edəcək.

Bir sıra eksperimentlər aparan mütəxəssislər standart "Wi-Fi" marşrutlayıcısının əhatə dairəsini 67 metr artırmağa nail olublar. Təklif edilən üsul mövcud simsiz protokol üzərindən istifadə oluna bilər. Onu proqram təminatını yeniləməklə istənilən marşrutlayıcıya quraşdırmaq mümkündür.

Tədqiqatçıların sözlərinə görə, siqnalın əhatə dairəsinin genişləndirilməsi standart güclü siqnalın mövcud olduğu zonadakı kimi eyni yüksək sürətin dəstəklənməsi demək deyil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü