Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18988
az

Payızın ən faydalı meyvəsi - Kimlər bol feyxoa yeməlidir?

15:4114 Oktyabr, 2019
930
  • A
  
Payız mövsümünün meyvələrindən biri də feyxoadır. Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, yodla zəngin olmasıdır.

 
Feyxoa ən çox yod ehtiyatı olan bitkilərdəndir. Amma feyxoanın faydalı xüsusiyyətləri bununla bitmir.  

Oxu24.com  E-tibb.az-a istinadən feyxoanın faydaları ilə bağlı ümumi cərrah, proktoloq Ellada Manafovanın fikirlərini təqdim edir.

Kimlər feyxoanı bol yeməlidir?

1. Qəbizlik, həzm, mədə-bağırsaq problemləri olanlar

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsi  hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

Bir fincan feyxoada 16 qram lif var, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.
 
2. Ürək-damar xəstəlikləri, xolesterin problemi, yüksək təzyiq

Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır. Eləcə də feyxoada olan C, B 6 vitamini ürəyin işi üçün vacibdir.

Gün ərzində bir-iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.

3. İnfeksiyalarla mübarizə aparır

Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immun sisteminə infeksiyalarla mübarizədə dəstək verəsiniz. C vitamini ilə zəngin antioksidantdır. Antivirus və xərçəng əleyhinə təsiri ilə məşhurdur.

4. Sinir sistemini möhkəmləndirir

Feyxoanın tərkibində olan fol turşusu Alsheymer kimi xəstəliklərin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, neyron aktivliyi artırır.

5. Hamilələr üçün çox vacibdir

Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beynin formalaşması üçün vacibdir. Hamilələrdə zob, anemiya problemləri zamanı da faydalıdır, hemoqlobini qaldırır.

6. Travmalar və cərrahiyyə əməliyyatında sonra yaraları tez sağaldır

Feyxoa toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr, yaralar, əməliyyatdan sonra bərpa üçün bol feyxoa yemək lazımdır.

7. Xərçəngdən qoruyur

Orqan, toxumaları saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərçəng hüceyrələrinin baş qaldırmasına imkan vermir.

8. Dəri üçün cavanlıq, gözəllik mənbəyidir


Maska kimi istifadə olunduqda, nəmləndirir, dəri iltihabını, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir.

9. Qalxanvari vəz xəstəlikləri, yod çatışmazlığı zamanı faydalıdır.


Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı yodla zəngin qidaları çox yemək olmaz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yevlax Qeydiyyat şöbəsinin sabiq rəisi həbs olunub, rüşvət almaqda ittiham edilir
SON DƏQİQƏ! DTX Naxçıvanda əməliyyat keçirir
Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib