Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18512
az

İstanbul üçün dəhşətli təhlükə: 8 ballıq zəlzələdə şəhərin bu səmtləri...

21:3201 Oktyabr, 2019
988
CƏMİYYƏT
  • A
Türkiyənin İstanbul şəhəri üçün proqnozlaşdırılan böyük maqnitudalı zəlzələdən ən çox zərər görən səmtlərin adı açıqlanıb.

Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, Mərmərə Seysmik Xəttinə ən yaxın 20 səmtin zəlzələyə hazır olması üçün xəbərdarlıq göndərilib.

Seysmik xəttə yaxın Avropa tərəfdə Avcılar, Küçükçekmece, Bakırköy, Beylükdüzü, Güngören, Zeytinburnu, Bahçelievler ve Fatih, Anadolu tərəfdə isə Kadıköy, Üsküdar, Ataşehir, Ümraniye, Maltepe, Kartal, Pendik, Sultanbeyli, Sancaktepe, Tuzla və Adalar yerləşir.

Aparılan araşdırmaya görə, İstanbulun ən qədim səmtləri Beyoğlu, Fatih, Adalar, Güngören, Bakırköy, Kadıköy və Beşiktaşdır. Mütəxəssislərin fikrincə, zəlzələdən ən çox zərər görəcək səmt Beyoğludur. İkinci sırada isə Fatih qərarlaşır.

Qeyd edək ki, Türkiyə miqyasında 6,7 milyon riskli bina var. Bunlardan 400 mini İstanbulda yerləşir.

Xatırladaq ki, bir neçə gün öncə İstanbulda 5,8 bal gücündə zəlzələ baş vermişdi. Ehtimal edilən yeni zəlzələnin 8 bala qədər çıxa biləcəyi deyilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SOS: Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!
BDU-nun tələbəsi faciəvi şəkildə ÖLDÜ
Bakıda Aşıq Ələsgərin heykəli ucaldıldı - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO