Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18369
az

Kapital Bank əməkdaşları 123 yaşlı müştərini ziyarət etdi

11:2427 Sentyabr, 2019
956
  • A
 
Hər il olduğu kimi Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində maraqlı sosial aksiyalar həyata keçirir. Bu il ahıl insanlar üçün hazırlanan tədbirlə yanaşı, həmçinin Kapital Bank-ın əməkdaşları bankın ən yaşlı müştərisinə baş çəkib, onu qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Oxu24.com  xəbər verir ki, Sona Səmədova – Kapital Bank-ın Neftçala filialının müştərisidir. O, 1896-cı ildə indiki Neftçala rayonunun Beşdəli kəndində anadan olub. Sona nənənin hazırda 123 yaşı var və onun 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var. Təqaüdünü Kapital Bank vasitəsilə alır və ailəsinin bir neçə üzvü də bankın müştərisidir.

Sona nənənin yaşı çox olsa da, olduqca gümrah görünür. Ailə üzvlərinin dediyinə görə o, həmişə Neftçalada qalıb və buranın mülayim və təmiz təbiəti onun belə gümrah olmasına müsbət təsir edir. “Bildiyiniz kimi Neftçala rayonu Kür çayı ilə Xəzər dənizinin qovuşduğu yerdə yerləşir və təmiz havası var. Əhali əsasən balıq məhsulları yeyir. Burada yaşayanlar üçün 90-100 yaşa çatmaq adi haldır. Amma hələlik rekord yaş həddi Sona nənədədir”, - deyə, 123 yaşlı müştərinin yaxınları bildirdi.

Kapital Bank adından Sona Səmədovanın simasında bütün yaşlı insanları qarşıdan gələn Ahıllar Günü münasibətilə təbrik edirik və möhkəm can sağlığı arzulayırıq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil