Qaynar xətt:

(+99450) 247 90 86

Bunu edənlər 5 min manatadək məbləğdə cərimə tətbiq ediləcək

Bunu edənlər 5 min manatadək məbləğdə cərimə tətbiq ediləcək

CƏMİYYƏT

137

30.10.2026, 14:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələrin məbləği artırılır.

Oxu24.com  xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə səkkiz yüz manatdan min üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur. Layihəyə əsasən bu halda üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Eyni zamanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əmək haqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törədilməsinə, mənfi cəhətdən xarakterizə etməyə və digər bu cür tədbirlər tətbiq edilməsinə görə də analoji cərimələr tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.