Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
30 Oktyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
30.10.2026, 12:21
2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdirilib. Layihəyə əsasən, ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması nəzərdə tutulur.
Bəs yeni göstəricilər sosial müavinətlərin məbləğinə necə təsir edəcək? Gələn il sosial ödənişlərdə təxminən neçə faizlik artım gözlənilir?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il üçün sosial ödənişlər və əməkhaqları ilə bağlı müəyyən artımların olması gözləniləndir, lakin bu artımların dəqiq məbləği və hansı kateqoriyalara şamil ediləcəyi müvafiq qərarlardan asılı olacaq:
“Sosial müavinətlərin artırılması ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilə, yaxud dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə müəyyən xərc istiqamətləri təsbit oluna bilər. Başqa sözlə, sosial sahəyə ayrılacaq vəsaitin həcmi və artımların maliyyələşdirilməsi büdcə planlaşdırılması prosesində mühüm rol oynayır. Gələn il təqaüdlərin, sosial müavinətlərin və maaşların 8-10 faiz civarında artırılması real görünür. Mən hansısa kəskin artımın olacağını düşünmürəm”.
İqtisadçının sözlərinə görə, gələn il üçün gözlənilən artımların miqyası barədə ilkin proqnoz vermək mümkün olsa da, yekun rəqəmləri indidən dəqiq müəyyənləşdirmək düzgün olmaz:
“Çünki artımın səviyyəsi dövlət büdcəsində nəzərdə tutulan xərclərdən, hökumətin sosial siyasətindən və qəbul ediləcək qərarlardan asılı olacaq. Yaşayış minimumu insanın əsas ehtiyaclarının ödənilməsi üçün zəruri olan minimum vəsaitin müəyyənləşdirilməsində istifadə olunan göstəricidir. Ehtiyac meyarı isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı nəzərə alınan əsas göstəricilərdən biridir”.
13:05 / 30 Oktyabr 2026
1
13:05 / 30 Oktyabr 2026
4
12:50 / 30 Oktyabr 2026
41
12:45 / 30 Oktyabr 2026
475
12:42 / 30 Oktyabr 2026
77
12:25 / 30 Oktyabr 2026
68
12:25 / 30 Oktyabr 2026
52
12:15 / 30 Oktyabr 2026
135
11:55 / 30 Oktyabr 2026
91
11:45 / 30 Oktyabr 2026
119
11:35 / 30 Oktyabr 2026
71
11:28 / 30 Oktyabr 2026
135
11:27 / 30 Oktyabr 2026
372
11:25 / 30 Oktyabr 2026
59
11:18 / 30 Oktyabr 2026
79
11:13 / 30 Oktyabr 2026
90
11:10 / 30 Oktyabr 2026
135
11:05 / 30 Oktyabr 2026
460
11:02 / 30 Oktyabr 2026
107
10:56 / 30 Oktyabr 2026
103
10:52 / 30 Oktyabr 2026
83
10:43 / 30 Oktyabr 2026
89
10:40 / 30 Oktyabr 2026
489
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.