Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülərin diqqətinə!Cərimələrlə bağlı DƏYİŞİLİK EDİLİR

Sürücülərin diqqətinə!Cərimələrlə bağlı DƏYİŞİLİK EDİLİR

CƏMİYYƏT

138

30.10.2026, 12:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrinə aid dəyişiklikləri ehtiva edən qanun layihəsində iki mühüm yenilik nəzərdə tutulur.

Bu barədə Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun baş məsləhətçisi Nəzrin Əliyeva məlumat verib.

Onun sözlərinə görə, birinci yenilik avtomobillərdə reklam yerləşdirilməsi ilə bağlıdır:

"Hazırda reklam normalarının pozulmasına görə fiziki şəxslərə 30–50 manat, vəzifəli şəxslərə 150–200 manat, hüquqi şəxslərə isə 1500–2000 manat məbləğində cərimə tətbiq olunur. Qanun layihəsi ilə bu cərimələrin vahid qaydada 50 manat olaraq müəyyənləşdirilməsi irəli sürülür".

Nəzrin Əliyeva bildirib ki, ikinci yenilik müşahidə kameraları ilə əlaqədardır:

"Mövcud vəziyyətdə bir sıra yol hərəkəti qaydalarının pozulması kamera sistemləri vasitəsilə müəyyən edilir və elektron formada cərimə yazılır. Layihə çərçivəsində bu siyahıya iki yeni hal daxil edilir: sürücünün avtomobil hərəkətdə olarkən telefonu əlində saxlayaraq istifadə etməsi və avtomobildə reklam yerləşdirilməsi qaydalarının pozulması. Başqa sözlə, bu növ pozuntular da xüsusi təyinatlı kameralar vasitəsilə aşkarlanaraq elektron qaydada sənədləşdirilə biləcək".

Baş məsləhətçi vurğulayıb ki, telefon istifadəsinə görə mövcud 50 manatlıq cərimə məbləği dəyişdirilmir:

"Yalnız həmin pozuntunun kameralar vasitəsilə aşkarlanması imkanı təmin edilir. Beləliklə, qanun layihəsi ilə bir tərəfdən reklamla bağlı cərimələr vahid məbləğə gətirilir, digər tərəfdən isə bu pozuntuların müəyyən edilməsi və rəsmiləşdirilməsi imkanları artırılır".