Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
29 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
109
29.10.2026, 23:40
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.
Oxu24.com xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar.
"Qızıl maska" da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan Lev Dodinin quruluş verdiyi "Qağayı" klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir.
Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.
Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digərləri çıxış ediblər.
Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb.
Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.Modern.az


00:26 / 30 Oktyabr 2026
56
23:55 / 29 Oktyabr 2026
54
23:27 / 29 Oktyabr 2026
79
23:23 / 29 Oktyabr 2026
138
23:20 / 29 Oktyabr 2026
79
23:11 / 29 Oktyabr 2026
396
23:08 / 29 Oktyabr 2026
159
23:05 / 29 Oktyabr 2026
1257
23:00 / 29 Oktyabr 2026
187
22:50 / 29 Oktyabr 2026
93
22:47 / 29 Oktyabr 2026
102
22:42 / 29 Oktyabr 2026
184
22:37 / 29 Oktyabr 2026
89
22:34 / 29 Oktyabr 2026
84
22:32 / 29 Oktyabr 2026
88
22:30 / 29 Oktyabr 2026
143
22:27 / 29 Oktyabr 2026
96
22:24 / 29 Oktyabr 2026
95
22:17 / 29 Oktyabr 2026
79
22:11 / 29 Oktyabr 2026
101
22:07 / 29 Oktyabr 2026
90
21:48 / 29 Oktyabr 2026
114
21:45 / 29 Oktyabr 2026
1294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.